Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – ƏLAMƏTLƏRİ

Koronavirusu yüngül keçirtdiyimizi necə anlaya bilərik? – ƏLAMƏTLƏRİ
Bütün dünyada koronavirusla mübarizə davam edərkən, ölüm sayı durmadan artmaqdadır. Digər tərəfdən də koronavirusa yoluxan, lakin bundan xəbəri olmayan şəxslərin də sayının kifayət qədər çox olduğu deyilir. Həmin şəxslər bir növ daşıyıcı funksiyasını yerinə yetirərək, istəmədən də olsa ətrafında olanları yoluxdura bilirlər. Bəs COVID-19-u yüngül keçirtdiyimizi necə anlaya bilərik?
Sfera.az Yeniavaz.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin yoluxucu xəstəliklər mütəxəssisi Dr. Meral Sönməzoğlu açıqlama verib.
Həkimin sözlərinə görə, koronavirusa ən çox yoluxan yaş qrupu 20-49-dur. Lakin, bu qrupun sadəcə 15-20 faizi xəstəxanaya müraciət edəcək dərəcədə ağır olur. Xəstəliyi yüngül simptomplar və ya siptomsuz keçirən şəxslərdə bir həftə sonra virusa qarşı antikor əmələ gəlir. Həkim bildirib ki, xəstəliyi simptomsuz keçirənlər, ətarfında olan aktiv koronavirus xəstələrini müayinə edən zaman aşkar edilir və həmin xəstələrdə yaranan antikor inkişaf edib bədəndə immunitet yaradır. 
Dr. Meral Sönməzoğlu qeyd edib ki, belə insanlarda ən vacib simptom halsızlıq və bel ağrıları olur: "Bundan başqa nadir hallarda öskürək, üşütmə, qarın ağrısı və ishal kimi şikayətlər də ola bilir. Xəstəliyi yüngül keçirənlərin orqanizmlərində demək olar ki, hər hansı bir zərər qalmır”.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...