Dünya

Koronavirusla bağlı şayiə yayanlara 50 min dollar cərimə

Koronavirusla bağlı şayiə yayanlara 50 min dollar cərimə
 

Keniyada koronavirusla bağlı (COVİD-19) yanlış xəbər yayanlar 50 min dollar cərimələnəcəklər, və ya 2 il müddətinə həbs olunacaqlar.

Sfera.az day.az-a istinadən xəbər verir ki, bu barədə hökumət rəsmisi Cyrus Ogunaq bildirib.

Qeyd edək ki, ötən gün isə Keniyada qoruyucu maskaların ixracı qadağan edilmişdi. Qərarın koronavirusla bağlı təcili təxirəsalınmaz tədbirlər elan olunacağı təqdirdə ölkənin ehtiyaclarının ödənilməsi baxımından verildiyini bildirilmişdi.

Qeyd edək ki, son məlumata görə, Afrika qitəsində koronavirusa yoluxanların sayı rəsmi olaraq 12 nəfər qeyd edilib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930