\"Koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayanlardır\" - Prezidentin köməkçisi

\
"Azərbaycanda koronavirus əleyhinə vaksinasiya başlayandan bu günə qədər koronavirusdan ölənlərin 99%-i vaksin vurdurmayan şəxslərdir”.

Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

"Bu bir daha göstərir ki, doğru seçim peyvəndlənmədir", - deyə o, qeyd edib.

Ş.Mövsümov həmçinin sentyabra qədər bir sıra müəssisələrdə məcburi peyvəndlənmə olacağını da bildirib.


OXŞAR XƏBƏRLƏR