Koronavirusdan öldüyü deyilən 1-ci sinif şagirdinin anası danışdı: Analizlərin cavabını yandırmışam - VİDEO

Koronavirusdan öldüyü deyilən 1-ci sinif şagirdinin anası danışdı: Analizlərin cavabını yandırmışam - VİDEO
Bakıda birinci sinif şagirdi vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məktəblinin koronavirusdan dünyasını dəyişdiyi deyilirdi.

Sfera.az xəbər verir ki, "Xəzər TV"nin çəkiliş qrupu şagirdin təhsil aldığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki məktəbə yollanıb. Aydınlaşıb ki, vəfat edən şagird Balakən rayonu sakini Renat Quliyev olub.

Mərhumun anası Aygün Quliyeva övladının COVID-19-dan dünyasını dəyişməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. O qeyd edib ki, oğlunun bədənində səpki, üzündə isə şişlər əmələ gəlib.

Şagirdin nənəsi Mehriban Quliyeva əlavə edib ki, Renat 4 gün evdə, 5 gün isə xəstəxanada müalicə alıb. O, oktyabrın 14-ü müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bu arada, TƏBİB birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb.

Qeyd edilib ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.
 


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...