Koronavirusa yoluxsanız, bunları qəti şəkildə etməyin – YANLIŞLAR SİYAHISI

Koronavirusa yoluxsanız, bunları qəti şəkildə etməyin – YANLIŞLAR SİYAHISI
"Son günlər apardığım müşahidələr məni dəhşətə  gətirir. İnsanlar dərin ruhi sarsıntı və psixi böhran içərisində, tükənmiş, üzülmüş və ümidsiz vəziyyətdədirlər”.

Sfera.az-ın məlumatına görə, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev  deyib. Mütəxəssis bildirib ki, COVİD-19 yalnız ümidsizlikdən güc alır və bu halda amansız qatilə çevrilir:

"Stressə düşərək, kiminsə məsləhətilə sistem vurdurmaq, əlinə keçən dərmanları qəbul etmək, KT etdirmək sonda atipik pnevmoniya və modul tipli xəstəxana ilə yekunlaşır. Hələ mütəmadi olaraq KT elətdirib, yüksək dozada şüa almanın, yaxın illərdə bizi təqib edəcək müalicəolunmaz risk faktorlarını demirəm.

COVİD-19  insanları öldürmür. Yəni, adi gigienik qaydalara riayət edin və normal həyatınızı yaşayın. İstənilən infeksiyanın qorxu, stress, ümüdsizlik və faciəyə səbəb kimi dəyərləndirilən yalnız  2 əsas göstəricisi olur: yoluxduruculuq qabiliyyəti (buna Ro indeksi deyilir) və letallıq (ölüm törətmə) əmsalı”.

Professor virusların yoluxma sürəti və öldürücülük qabiliyyətindən də söz açıb.
 
"Digər infeksiyalarla müqayisədə hər iki parametri təqdim edirəm və bunlar elmi həqiqətdir:

Virusların yoluxdurma sürəti ( Ro indeksi)

Qızılca         -       11-18
Su çiçəyi     -         7 -12
Parotit         -       11-14
Mers-CoV   -              3
Covid 19      -             2-2,2
Ebola           -             2
Donuz qripi -             1,5
Fəsli qrip     -             1,3
Quş qripi      -            1
Sars- CoV    -            0,5

*göstərilən rəqəmlər bir virusun yoluxdurduğu xəstə sayıdır.

Hansı virus daha çox öldürücüdür (letallıq əmsalı)

Ebola            -            50%
Quş qripi      -            39,3 %
Mers-CoV    -            35%
Donuz qripi. -            17,4%
Sars-CoV     -             9,6%
Covıd - 19       -             3,6%
Fəsli qrip      -              0,1%
Qızılca          -              0,004-0,28%
Parotit          -              0,006%
Su çiçəyi      -              0,0001%

*100 nəfərə düşən ölüm sayı

Göründüyü kimi COVİD-19-un bir aktiv virus daşıyıcısı yalnız 2 nəfəri yoluxdurursa, hər 100 nəfərdən yalnız 3-4 nəfər-ə qədər insanı öldürə bilər. Xüsusi narahatlığa ona görə əsas yoxdur ki, karantinə alınan aktiv koronavirus xəstələrinin 84-87 %-də dərman müalicəsi ümumiyyətlə tələb olunmur”.
 
Günay Rəsulqızı
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...