Koronavirusa yoluxanlar bu testi etsinlər – Cavab 95%-dən çox çıxarsa, heç bir müalicəyə ehtiyac yoxdur!

Koronavirusa yoluxanlar bu testi etsinlər – Cavab 95%-dən çox çıxarsa, heç bir müalicəyə ehtiyac yoxdur!
"COVİD-19 test analizinin cavabı neqativdirsə, bu hələ tam yoluxmamışıq anlamına gəlmir, yoluxmuş şəxslərin təqribən 30%-ində test neqativ cavab ola bilir”.

Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev deyib. Mütəxəssis qeyd edib ki, şikayətlər davam edirsə və test analizi mənfidirsə, o zaman koronavirusun olub-olmamasını bilmək üçün qanda Covid-19 İgM və İgG analizlərini vermək olar:

"Bu analizlərin və ya yaxma-test analizinin cavabı poztivdirsə, demək yoluxmuşuq. Amma panik olmayaq, əksər insanlar xəstəliyi yüngül keçirir, panika-stress immun sistemi zəiflədir.

İgM pozitiv, İgG neqativdirsə, onda təqribən 1-14 günə qədərdir koronavirusa yoluxmuşuq və başqalarını yoluxdura bilərik, izolyasiya edilməliyik. Hər ikisi - İgM və İgG pozitivdirsə, onda təqribən 14-30 gündür yoluxmağımız və başqalarını yoluxdurma ehtimalımız demək olar ki, 0-a bərabərdir, istisna hallar ola bilər. Əgər İgM neqativ, İgG pozitivdirsə , onda yoluxmadan təqribən 1 ay və daha çox keçib, ya da peyvənd edilmişik, başqalarını yoluxdurma ehtimalı yoxdur. Hər ikisi - İgM və İgG neqativdirsə, yoluxmamışıq, xəstəliyi keçirməmişik, 2 doza peyvənd etdirməmişik ya da sağalmağımızdan təqribən 1 il və daha çox vaxt keçib”.

A.Əliyevin sözlərinə görə, yaxma-test və ya İgM analizi pozitivdirsə, mütləq təcrid edilmək lazımdır:

"Evdən bayıra çıxmayaq, həyət evindəyiksə, heç kim olmayanda öz həyətimizdə çıxıb gəzişə bilərik. Heç kimlə 2 metrdən az məsafədən ünsiyyət etməyək ki, ətrafımızdakıları yoluxdurmayaq. Onların içərisində yanaşı xəstəliyi olan, immuniteti zəif olan yaxınlarımız ola bilər ki, onları yoluxdursaq, zəif olduqlarına görə ağırlaşıb həyatlarını itirə bilərlər. 

Artıq aktiv yoluxma halında olduğumuz təsdiq edildisə, o saat KT müayinəsinə və bir sicilləmə qan analizlərini verməyə qaçmayaq. Öncə Pulsoksimetr cihazı əldə edib, barmaq ucundan Oksigen saturasiyasını ölçək. 95%-dən çoxdursa, heç bir müalicəyə ehtiyac yoxdur! 95%-dən azdırsa, güvəndiyiniz müalicə həkiminə və ya təcili yardıma zəng etmək lazımdır. Çünki artıq Oksigen dəstəyinə və müalicəyə ehtiyac var. Necə davam etmək və hansı analiz və müayinələrin lazım olduğunu onlar deyəcək”.

Günay
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...