Koronavirusa qarşı yeni vasitə KƏŞF OLUNDU

Koronavirusa qarşı yeni vasitə KƏŞF OLUNDU
 Dünya alimləri koronavirusa qarşı təsirli vasitələr axtarmağa davam edir və bəzən çox mənasız variantlar tapırlar.

Sfera.az xəbər verir ki, beynəlxalq mütəxəssislər qrupu, lama orqanizminin ifraz etdiyi antikorların COVID-19 ilə mübarizəyə kömək etdiyini aşkar edib. Araşdırmanın nəticələri "Cell" jurnalında dərc olunub.

Tədqiqatçılar zülalın hücum edən hüceyrələrini bloklayan vasitə yaradıb. İlkin testlər göstərib ki, antikorlar virusun nüfuz etməsinin və çoxalmasının qarşısını uğurla ala bilir.

"Bu, SARS-CoV-2-ni neytrallaşdıran ilk antikorlardan biridir", - deyə Texas Universitetinin biologiya elmləri dosenti Ceyson Maklilan qeyd edib.

Testlər göstərib ki, əldə edilən antikorlar peyvənd kimi əvvəlcədən insan orqanizminə daxil edilməlidir. Dərman infeksiyadan ən az bir ay əvvəl orqanizmə daxil edildiyi təqdirdə təsirinin yüksək olduğu qeydə alınıb. Antikorlar ağırlaşma riskini azaltmaq üçün koronavirus xəstələrinin müalicəsində də istifadə edilə bilər.

Tədqiqat iştirakçılarından biri - doktorant Daniel Repp araşdırmanın 2016-cı ildə başladığını söyləyib. Başlanğıcda mütəxəssislər qarşılarına koronavirusun müalicəsini tapmaq vəzifəsini qoymayıb. Bu adi fundamental araşdırma olub. Testlər nəticəsində, doqquz aylıq lamadan alınan antikorların SARS-CoV-1 və MERS-CoV ilə əlaqəli SARS-CoV-2 virusuna qarşı effektivliyi göstərilib.

Buna baxmayaraq, mütəxəssislərin rəyi elmi sınaqlara ehtiyac duyur, araşdırmanın son variantı mayın 5-də yayımlanacaq. (publika.az)

OXŞAR XƏBƏRLƏR