Koronavirus xəstələrinin başlıca ölüm səbəbi bilindi

Koronavirus xəstələrinin başlıca ölüm səbəbi bilindi
 Şərqi İngiltərə Universitetinin mütəxəssisləri koronavirusdan ölənlərin ortaq xüsusiyyətlərini araşdırıblar.
 
Sfera.az xəbər verir ki, araşdırma nəticəsində koronavirusdan ölənlərin böyük əksəriyyətində D vitamini əksikliyi ortaya çıxıb.

20 fərqli ölkədə aparılan araşdırmalar nəticəsində hazırlanan rəydə qeyd edilib ki, bununla belə D vitamininin əksikliyi ölüm səbəbi olaraq qəbul edilməməlidir:
"D vitamini səviyyəsinin yüksəldilməsinin ölüm riskini aşağı salmasını söyləmək hələ tezdir", - deyə mütəxəssislər vurğulayıblar.

Araşdırmaçılar qeyd ediblər ki, karantin günləri olduğundan insanlar Günəş şüası qəbul edə bilmirlər və bu səbəbdən də D vitamini əksikliyi müşahidə edilir. Tövsiyə edilib ki, hər gün insan ən az 10 mikroqram D vitamini qəbul etməlidir. (baku.ws)

OXŞAR XƏBƏRLƏR