Koronavirus xəbərləri insanı infakt, insult həddinə çatdırıb, öldürə bilər – “Noçebo effekti” nədir?

Koronavirus xəbərləri insanı infakt, insult həddinə çatdırıb, öldürə bilər – “Noçebo effekti” nədir?
 Əgər bir insanı hər şeyin pis olduğunu və başına pis hadisə və ya bədbəxtlik gələcəyini çox düşünərsə və ya kənardan ona bu informasiya aşılanarsa, o zaman həqiqətən qorxduğu başına gələ bilər. Buna elmdə "Naçebo effekti" deyilir.

Sfera.az bildirir ki, pandemiya dövründə qorxulu görüntülü videolar, xəstələr və ölüm statistikası, koronavirus haqqında bədbin informasiya, insanları özünü qorumaları barədə gündəlik təbliğatlar və bu güclü informasiya axını insanları ruhən və fiziki xəstələndirə bilər.

Çox insan gözlədiyini yaşayacaq, hətta bu koronavirus səbəbindən olmasa belə. Məlumdur ki, tibdə Plaçebo effekti var, bir xəstəyə adi su və ya başağrısı dərmanı verib, bunu onu sağaldacağını dedikdə və onu inandırdıqda, xəstə sağalmağa başlayır. Bİr çox dərmanların plaçebo effekti bununla izah edilir. Sarımsağın bizi viruslardan qoruduğuna olan inam kimi.

Oksford Universitetinin plaçebo effekti üzrə məşhur alimi Cerem Houik və tibbi antropoloq Culio Onqaro yeni elmi məqalələrində bu məsələyə toxunublar. Düzdür hazırda koronavirus pandemiyası ilə bağlı indi naçebo effekti ilə əlaqədar yayılmış faktlar yoxdur, çünki insanlar hələ koronavirusdan qorunur, həkimə, xəstəxanaya müraciət etməyə çəkinir. Amma bu effektin olacağı qaçılmazdır.

Alimlər bununla bağlı bir faktı misal çəkiblər.

2010-cu ildə Avstraliyada vetrogeneratorların, yəni küləkdən alınan enerjini hasil edən avadanlıqların qurulmasına etiraz edənlər guya bu generatorların insanın qulağına aşağıtezlikli dalğalar ötürüb, qulaqda küy, başgicəllənmə yaratması barədə informasiya yaymışdılar.

Məhz bu ərəfədə Səhiyyə nazirliyi xəstəxanalara çox sayda "vetroturbin sindromundan" əziyyət çəkənlərin, baş ağrısı, ürəkbulanma, ürək döyüntüsü şikayətləri ilə müraciət etdiyini qeydə aldı.

Aparılan müayinələr və eksperimentlər göstərdi ki, şikayətçilər heç bir vetroturbin təsirə mərus qalmayıb, sadəcə həmin regionda yaşadığı üçün qorxulu informasiyanın təsirindən özlərində bu simptomları stimulə ediblər.
Nəticədə mütəxəssislər elan etdilər ki, vetroturbin sindromu dezinformasiya və insanların buna inanması yaradıb.

Eləcə də 2018-ci ildə aparılmış daha bir elmi araşdırma sübut edib ki, qanda xolesterini salan statin dərmanların əks təsiri və ziyanına inanların çoxluq təşkil etdiyi ölkələrdə xəstələr həqiqətən bu dərmanları normal mənimsəyə bilmir və əks təsirlərlə üzləşir. Burda da onlayn informasiya, google-da çox axtarışlar öz rolunu oynayıb.
Dərmanların əks təsiri barədə informasiyanı bilməyən xəstələr həmin dərmanları daha asan həll edir və daha çox effekt görür.

Koronavirus əlamətləri barədə şişirdilmiş və çox informasiya nəticəsində şok ağır xəstələrdə ürək və tənəffüs sistemi xəstəliklərini kəskinləşdirib, onları hətta öldürə də bilər.

Ona görə də koronavirusdan müalicə alanlar içində ölüm halları daha çox bu xəstələr arasında olur.

Hər burun axması və asqırıqdan koronavirus olduğunu düşünüb təcili yardım çağıranlar və xəstəxanaya gedənlər də çoxdur. Bir çox ölkələrdə artıq xəstəxanaya gedərək müayinə olunan virusa yoluxma halları olub, halbuki onlar sakit evlərində qalsaydı, virusa yoluxmayacaqdılar.
 
(medicina.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...