Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı - Hamı bu kişidən danışır

Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı - Hamı bu kişidən danışır
Böyük Britaniyanın Bristol şəhərində yaşayan 72 yaşlı, Deyv Smit adlı şəxs başına gələn inanılmaz hadisəni "The Guardian” qəzetinə danışıb. 
 
Sfera.az xəbər verir ki, 290 gün ərzində 7 dəfə xəstəxanaya yerləşdirilən və PCR testi 42 dəfə müsbət çıxaraq inanılmaz rekorda imza atan Deyv Smit COVID-19-a ən uzun müddət yoluxmuş şəxs kimi tarixə düşüb.

Bir çox britaniyalı kimi koronavirus epidemiyasının ilk dalğasında yoluxan Deyv Smit o zamanlarda xəstəliyi məğlub edən bir çox insan kimi ümidli olub. 
Lakin virusdan uzun müddət ərzində sağa bilmədiyini deyən Deyv Smit həyat yoldaşı ilə birlikdə 5 dəfə cənazə mərasimini planlaşdırmaq məcburiyyətində qalıb. 

Vəziyyəti hər dəfə ağırlaşdıqda ümidsiz şəkildə xəstəxanaya yerləşdirilən Deyv öləcəyinə inanıb və ailəsini yanına çağıraraq onlarla dəfələrlə vidalaşıb. 
Məlumata görə, təqaüddə olan sürücülük müəllimi Deyv Smitin virusdan qurtulması üçün ABŞ-ın eks-prezidenti Donald Trampa vurulan və istifadəsi hələ təsdiq olunmayan "Regeneron" antikorundan istifadə edilib. 

Həkimlər Böyük Britaniyada istifadəsi təsdiqlənməmiş bu dərman üçün xüsusi icazə alaraq onu müalicə ediblər.

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...