No Image
No Image

Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı - Hamı bu kişidən danışır

Koronavirus testi 42 dəfə pozitiv çıxdı, 5 dəfə dəfn mərasimini planlaşdırdı - Hamı bu kişidən danışır
Böyük Britaniyanın Bristol şəhərində yaşayan 72 yaşlı, Deyv Smit adlı şəxs başına gələn inanılmaz hadisəni "The Guardian” qəzetinə danışıb. 
 
Sfera.az xəbər verir ki, 290 gün ərzində 7 dəfə xəstəxanaya yerləşdirilən və PCR testi 42 dəfə müsbət çıxaraq inanılmaz rekorda imza atan Deyv Smit COVID-19-a ən uzun müddət yoluxmuş şəxs kimi tarixə düşüb.

Bir çox britaniyalı kimi koronavirus epidemiyasının ilk dalğasında yoluxan Deyv Smit o zamanlarda xəstəliyi məğlub edən bir çox insan kimi ümidli olub. 
Lakin virusdan uzun müddət ərzində sağa bilmədiyini deyən Deyv Smit həyat yoldaşı ilə birlikdə 5 dəfə cənazə mərasimini planlaşdırmaq məcburiyyətində qalıb. 

Vəziyyəti hər dəfə ağırlaşdıqda ümidsiz şəkildə xəstəxanaya yerləşdirilən Deyv öləcəyinə inanıb və ailəsini yanına çağıraraq onlarla dəfələrlə vidalaşıb. 
Məlumata görə, təqaüddə olan sürücülük müəllimi Deyv Smitin virusdan qurtulması üçün ABŞ-ın eks-prezidenti Donald Trampa vurulan və istifadəsi hələ təsdiq olunmayan "Regeneron" antikorundan istifadə edilib. 

Həkimlər Böyük Britaniyada istifadəsi təsdiqlənməmiş bu dərman üçün xüsusi icazə alaraq onu müalicə ediblər.

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bu ölkələr yer üzündən silinəcək" - Vanqanın proqnozları

Dünya mediası, araşdırmaçı jurnalistlər artıq gerçəkləşməyə başlayan əfsanəvi bolqar görücü Vanqanın proqnozlarını yayırlar. Sfera.az xəbər verir ki, bolq...

Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - Qorxunc araşdırma

Elm adamları əhalinin sayının artması və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını göstərən yeni araşdırma y...

Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - Qorxunc araşdırma

Elm adamları əhalinin sayının artması və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını göstərən yeni araşdırma y...

Bütün dünyanı dolaşan fotonun qəribə tarixçəsi

Bu şəkildə, o dövrdə dünyanın ən məşhur aktrisası Cina Lollobricid o zaman dünyanın ən məşhur adamı olan Yuri Qaqarinə aşiqanə baxışlarla baxır. 1961-ci il...

3-cü dünya müharibəsinin başlayacağı yer və tarix açıqlandı: DƏHŞƏTLİ SSENARİ

ABŞ-ın keçmiş admiralı Ceyms Stavridis və jurnalist Elliot Akkermanın qələmə aldığı kitab böyük rezonans doğurub. Sfera.az xəbər verir ki, "2034: A Novel ...

Oğuzda ziyarətgahdan 30 min manatlıq qızıl saat tapılıb – VİDEO

Ötən gün Oğuz sakini Baku TV-yə üz tutaraq tapdığı saatın sahibini axtardığını bildirib.  Belə ki, rayonun Kərimli kəndi ərazisində yerləşən və el ar...