\"Koronavirus indi ağciyəri iki dəfə daha sürətli zədələyir \" - Səhiyyə naziri
15:01 / 19.07.2021
1427
Rusiya Səhiyyə naziri Mixail Muraşko koronavirusun daha sürətli yayılmağa başladığını və nəticədə xəstələrdə ağciyər zədələnməsinin sürətləndiyini bildirib.
Sfera.az xəbər verir ki, Mixail Muraşko əvvəllər ağciyər zədələnmələrinin xəstəliyin altıncı-yeddinci günündə müşahidə olunduğu halda, indi üçüncü-dördüncü günündə görüldüyünü deyib.
Nazir koronavirusdan qaynaqlanan yeni simptomların görüldüyünü də diqqətə çatdırıb. Onun sözlərinə görə, bunların arasında bağırsaq simptomları və anginaya bənzər bir çox başqa simptomlar var.
Rusiyalı nazir azı 1 dəfə peyvəndlənmiş insanların 2.5%-ə qədərinin xəstələnə biləcəyini, lakin 95%-nin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını söyləyib. Peyvəndlənmənin virusdan qorunmaq üçün əhəmiyyətli amil olduğunu qeyd edən M. Muraşko peyvəndin xüsusilə risk qrupuna aid olan şəxsləri ciddi fəsadlardan qoruduğunu bildirib. O, peyvənddən sonra bir müddət spirtli içki qəbul etməkdən yayınmaq, saunaya girməmək, idman etməmək və fiziki cəhətdən yorulmamağın lazım olduğunu diqqətə çatdırıb.
Əzizə Zeynal
Sfera.az