Kopenhagendə Gəncə terroru əleyhinə etiraz askiyası keçirildi - Fotolar

Kopenhagendə Gəncə terroru əleyhinə etiraz askiyası keçirildi - Fotolar
Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı "Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Sfera.az xəbər verir ki, aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini pisləyiblər.

Soydaşlarımızın təşəbbüsü ilə keçirilən aksiyada türk icmasının nümayəndələri də iştirak edib.

Aksiyada Kopenhagen Universitetinin professoru, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri Məsud Aşina, Vətən Cəmiyyətinin rəhbəri Səfər Sadiqi, hüquqşunas Emil İgidov, Aytac İmanova, Leyla Hüseynova, Skandinaviya Türk Federasyonları başkanı İlhan Esen, Türkiyənin Danimardakı səfiri Üğur Kənan İpək çıxış edərək Qarabağ həqiqətləri, Xocalı Soyqırımı, Gəncə terroru barədə danışıb, dünya ictimaiyyətini günahsız uşaqların ölümünə biganə qalmamağa səsləyiblər. Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində isti yataqlarında yatarkən qətlə yetirilən məsum körpələrin xatirəsini yad etmək üçün meydana rəmzi olaraq uşaq yataqları düzülüb. Yataqların üzərində şamlar yandırılıb, oyuncaqlar və gül dəstələri qoyulub.

Azərbaycan,Türkiyə və Danimarka bayraqlarının dalğalandığı meydanda Azərbaycan Respublikasının Dövlət Himni oxunub, müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!”, "Gəncə cəbhə zonası deyil!”, "Erməni terrorçuluğuna son qoy!”, "Uşaq ölümünə son qoy!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarlar səsləndirilib.

 

OXŞAR XƏBƏRLƏR

Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb... - FOTO

Erməni işğalçılarının təhvil verməli olduqları yaşayış məskənlərimizə ziyan vurmasını əks etdirən faktlardan daha biri sosial şəbəkələrdə fotolar şəklində yayıl...

Düşməndən qənimət götürülən texnikalar parada çıxarılacaq - FOTOLAR

Sentyabrın 27-dən noyabrın 10-dək davam edən ikinci Qarabağ müharibəsində düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və qənimət götürülüb. Sfera.az ...

İlham Zəkiyev gözlərini itirən qazi ilə görüşdü - FOTO

Azərbaycan paralimpiya cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qar...

Kəlbəcərin sonsuz gözəlliyi - FOTO/VİDEO

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi. Sfera.az-ın məlumatına görə, bunu İran əsilli məşhur fransal...

İsmayıllıda şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İsmayıllıda yad olunub.   Sfera.az xəbər verir ki, saat 12:00-da insanlar şəhidlərimizin ruhu qarşısında baş...

Bakıda restoranda ad günü keçirənlər CƏZALANDIRILDI

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş P...