Könül Nurullayeva: “Şuşa xunta rəhbərlərinin poliqonu olmaqdan xilas edilib”

Könül Nurullayeva: “Şuşa xunta rəhbərlərinin poliqonu olmaqdan xilas edilib”
"Şuşada  bütün tarixi binaların bərpasına start verilib. Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Şuşada bir sıra tarixi məscidlərdə, tarixi məkanlarda oldular. Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır. Bu abidələrin hər biri Şuşa şəhərinin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu təsdiqləyir”.

Sfera.az xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva bildirib. Deputatın sözlərinə görə, Azərbaycan Orsusu işğala son qoymaqla Şuşanın erməniləşdirilməsinin qarşısını alıb:

"Müstəqillik dövründə Azərbaycan dövlət başçısı ilk dəfə Şuşaya səfər edirdi. Bu səfər zamanı səslənən bəyanatlar, dövlət başçısının və ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərimizdə, xüsusilə də Şuşada tarixi abidələrə münasibəti dövlətin mədəni irsimizin qorunmasına həssas yanaşmasının göstəricisidir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərini ziyarət edərək məscidlərə Məkkədən gətirilmiş "Qurani-Şərif” kitabları hədiyyə verdilər, dualar etdilər.

Bu abidələrin mühafizəsi ən yüksək səviyyədə təmin olunacaq. Təəssüf ki, Şuşada 67 məscid dağıdılıb və yararsız hala salınıb. İşğal dövründə Yuxarı Gövhərağa məscidinin təmir adı altında təhrifi, tarixin saxtalaşdırılması cəhdi aydın sezilir. Artıq cənab Prezident də qeyd edib ki, bizə bu cür imitasiya xarakerli təmir lazım deyil. Biz öz tarixi abidələrimizi, məscidlərimizi özümüz bərpa edəcəyik. Bu abidələrin orijinal simasının qorunması olduqca vacibdir.
Bu məscidlərin bərpasında təbii ki, Heydər Əliyev Fondu xüsusi rol oynayacaq. Çünki istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda mədəni irsin mühafizəsi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir.

Müqayisə üçün deyim ki, Paşinyan və ailə üzvlərinin, daha əvvəllər isə Sarksiyan, Köçəryanın bu ərazilərə səfərləri zamanı talançılıq və işğalçılıq elementləri müşahidə olunurdu. Lakin Azərbaycan rəhbərliyi Qarabağa quruculuq məqsədilə səfər edir. Bu torpaqların hər qarışı Azərbaycana və Azərbaycanlılara məxsusdur. Şuşa artıq xunta rəhbərlərinin poliqonu olmaqdan xilas edildi, Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.
 
İnci
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR