Könül Nurullayeva sakinlərin problemləri ilə maraqlandı - FOTOLAR

Könül Nurullayeva sakinlərin problemləri ilə maraqlandı - FOTOLAR

Millət vəkili Könül Nurullayeva səyyar görüş zamanı 15 saylı avtobus xəttinin fəaliyyəti ilə bağlı sakinlərin müraciətləri ilə maraqlanıb.


Sfera.az bildirir ki, Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə mütəmadi səyyar qəbullarını davam etdirir. Növbəti qəbul E. Süleymanov 108, 133, 135, 137, Rüstəmov 66, 68, 70 və Keşlə qəsəbəsi M. Ağayev küçələrində baş tutub. Qəbul zamanı millət vəkili ünvanlarda sakinlər ilə görüşüb, onları narahat edən məsələlər barədə maraqlanıb. Seçiciləri narahat edən problemlərin müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb.


K. Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, sakinlərini ən çox narahat edən məsələlər və edilən təkliflər məhəllədaxili yolların təmir edilməsi, binalarda su təchizatı, ağacların budanması, abad məhəllələrin salınması, dam örtüklərinin bərpası, həyətlərdə uşaq yelləncəklərinin qurulması kimi dəyərləndirilmişdir.


Keşlə qəsəbəsi M. Ağayev küçəsindəki səyyar görüş zamanı bir qrup sakin millət vəkili K. Nurullayevaya 15 saylı avtobus xəttinin M. Ağayev küçəsindən keçməklə fəaliyyət göstərməsi haqqında müraciətlər edib. Sakinlər əraziyə daxil olan avtobus xəttinin olmaması, ən yaxın avtovus dayanacağının M. Ağayev küçəsindən 860 metr məsafədə yerləşməsi, bu səbəbdən yaşlı əhalinin və soyuq hava şəraitində sakinlərin nəqliyyatla bağlı problem yaşadıqlarını bildiriblər. Sakinlərin qaldırdığı məsələni araşdırmaq və müvafiq qurumlara müraciətlər ünvanlamaq məqsədilə millət vəkili K. Nurullayeva məsələni icraata götürüb.

K. Nurullayeva karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlərini bundan sonra da davam etdirəcəyini qeyd edib.



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...