Könül Nurullayeva: “Pandemiya bütün sahələrdə yeni reallıqları ortaya çıxardı”

Könül Nurullayeva: “Pandemiya bütün sahələrdə yeni reallıqları ortaya çıxardı”
 

"Azərbaycan pandemiya ilə ən effektiv mübarizə aparan dövlətlərdən biridir”,
"Azərbaycanda pandemiya siyasətinin mərkəzində vətəndaşın sağlamlığı dayanır”,
"Biz bu bəşəri bəla ilə birlikdə mübarizə aparmalıyıq”, "Pandemiya bütün sahələrdə yeni reallıqları ortaya çıxardı” bu fikirləri Millixəbər. az-
a müsahibəsində siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın Avropa Şurası Parlament AŞPA Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri Könül Nurullayeva deyib.

– Könül xanım, bildiyiniz kimi, dünyanı bürüyən Covid-19 infeksiyası bizim ölkəmizdən də yan keçmədi, Belə ki, xüsusi karantin rejimi tətbiq edildi. Sizcə, hazırda Azərbaycanda COVİD-19-la mübarizəni qənatbəxş hesab etmək olarmı?

– Azərbaycan pandemiya ilə ən effektiv mübarizə aparan dövlətlərdən biridir, bunu beynəlxalq təşkilatlar, nüfuzlu maliyyə institutları da dəfələrlə bəyan edib. Ölkəmizdə virus aşkarlandığı ilk gündən təxirəsalınmaz tədbirlər görülür. Cənab Prezident də ilk gündən bəyan edib ki, Azərbaycanda pandemiya siyasətinin mərkəzində vətəndaşın sağlamlığı dayanır. Məhz bu yanaşmanın nəticəsidir ki, bu gün ölkəmizdə yoluxma və ölüm sayı digər dövlətlərlə müqayisədə qənaətbəxşdir. Ölkəmizdə günü-gündən təkmilləşən səhiyyə infrastrukturu, tibbi sənaye, eləcə də infeksiyaya qarşı həyata keçirilən preventiv tədbirlər təhlükənin miqyasının genişlənməsinin qarşısını aldı. Xüsusi karantin rejiminin tətbiq edilməsi əlbəttə ki, vacib idi və sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müəyyən yumşalmalar da var. Bir sözlə, dövlət ölkədə vəziyyətin nəzarətdən çıxmaması üçün bütün zəruri addımları atır. Vətəndaşlar da dövlətin pandemiya siyasətinə dəstək verməlidir. Virusun nə qədər təhlükəli olduğunu anlamaq elə də çətin deyil, bunun üçün inkişaf etmiş ölkələrdəki acınacaqlı mənzərəyə nəzər yetirmək kifayətdir. Biz bu bəşəri bəla ilə birlikdə mübarizə aparmalıyıq.

– Koronavirus pandemiyası ilə mübarizədə çox təəssüf ki, bəzən əksər vətəndaşlarımız laqeyd yanaşır, bununla bağlı gigiyenik qaydalara əməl etmir, inamsızlıq nümayiş etdirirlər. Millət vəkili olaraq bu yöndə hansı vacib addımların atılmasını daha məqsədəuyğun hesab edirsiniz?

– Ümumdünya Səhiyyə Təşkilatının da proqnozlarından aydın olur ki, pandemiyanın 2-ci, 3-cü dalğası labüddür. Növbəti mərhələdən minimum zərərlə çıxmaq insanlardan asılıdır. Bu, insanlarda təlaş yox, ciddiyyət yaratmalıdır. Vətəndaşlar təhlükənin mahiyyətini daha dərindən dərk edərək, sosial izolyasiya qaydalarına əməl etməlidirlər. Dünya təcrübəsi də göstərir ki, dövlət əhəmiyyətli mübarizə tədbirləri ilə yanaşı, fərdi qaydada virusla çox sadə mübarizə üsulu var – gigiyenik qaydalara və sosial izolyasiyaya əməl etmək. İlkin mərhələdə buna əməl olunmasa, bu sahədə həmrəylik nümayiş etdirilməsə, çətin olacaq. Pandemiya dövründə milli həmrəylik ən təsiredici amil kimi cəmiyyətlərin xilasına töhfə verə bilər.

– Xüsusi karantin rejimi dövründə və bu gün də davam edən dövlət və özəl sektorda çalışan xeyirxah insanların aztəminatlı, sosial ehtiyacı olan ailələrə dəstək və yardım edənlərlə bağlı münasibətinizi bilmək istərdik?

– Pandemiya həqiqətən bütün sahələrdə yeni reallıqları ortaya çıxardı. Çeviklik, özünə qapanmama, cəmiyyətin bütün sferalarında imkanların səfərbər edilməsi əsas devizə çevrildi. Azərbaycan təcrübəsinə nəzər salsaq – ölkə başçısının prosesə birbaşa və çevik müdaxiləsi cəmiyyətdə ilk növbədə həmrəyliyin möhkəmlənməsinə zəmin yaratdı. Sosial ədalət, xeyirxahlıq, mərhəmət kimi mənəvi dəyərləri ön plana çıxardı. Dövlət başçısının fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması qısa müddətdə cəmiyyətin vahid amal uğrunda səfərbər olmasına təkan verdi. Eyni zamanda cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması üçün də çoxistiqamətli proqramlar müəyyən edildi. Dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin genişləndirilməsi nəticəsində 3,5 milyard manat vəsait xərclənib. Mən xüsusilə könüllülərin bu prosesə töhfəsini qeyd etmək istəyirəm. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, COVID-19-un yarada biləcəyi təhlükə ilə mübarizə tədbirlərinin həyata keçirilməsində dövlət qurumları, özəl sektor təmsilçiləri ilə yanaşı, gənc könüllülər də fəallıq nümayiş etdirirlər. Bu, Azərbaycanda dövlətlə xalq arasında mövcud olan monolitliyin göstəricisidir.

– Könül xanım yeri gəlmişkən, Azərbaycanın müstəqillik tarixində önəmli yer tutan 28 may Respublika günü tarixi yaddaşımızda hansı iz buraxıb. Qürurlandığımız çağdaş tariximizə sizinlə birlikdə nəzər yetirmək istərdik?

– 28 may 1918-ci il Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixidir. Xalq Cümhuriyyəti olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Bu tarix sayəsində bütün dünya qəbul edir ki, müsəlman Şərqində ilk demokratik respublikanın müəllifi məhz Azərbaycan xalqıdır. Məhz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bütün vətəndaşların hüquq bərabərliyi təmin edildi. Bu, həqiqətən qürurvericidir. İlk dəfə qadınlara səsvermə hüququnun verilməsi də Azərbaycan xalqının adı ilə bağlıdır. Xalq Cümhiriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən, zaman və tarix gəstərdi ki, Azərbaycan insanının istiqlal ideyasını heç bir halda zəiflətmək mümkün deyil. Məhz bu əzmin nəticəsində Azərbaycan xalqı 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi, 1993-cü ildə isə bu müstəqilliyi qoruyub saxlamaq nümunəsini gəstərdi və bu gün də göstərməkdədir. Bu gün müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir, həm də layiqli varisi. Qürurverici məqam odur ki, 100 il əvvəl yaranan Xalq Cümhuriyyətin bugünki varisi beynəlxalq münasibətlər sistemində söz sahibi olan, Cənubi Qafqaz regionunun lokomativi olan nüfuzlu dövlət statusuna malikdir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...