Könül Nurullayeva: “Buster dozası yoluxma və ağırlaşma riskini minimuma endirir”

Könül Nurullayeva: “Buster dozası yoluxma və ağırlaşma riskini minimuma endirir”

Dünyada müşahidə olunan tendensiyalar virusla mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Təbii ki, bu prosesdə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Xüsusilə vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin əsas göstəricisidir. Dünyada vaksin millətçiliyi, eləcə də vaksinin əlçatanlığında müşahidə olunan çətinliklərə rəğmən bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. "Sinovak”, "AstraZeneca”, "Pfizer” və "Sputnik” vaksinləri ilə 2 milyon dozadan artıq peyvənd istifadə edilib. Mütəxəssislər də israrla bildirir ki, bu vaksinlərin hər biri effektiv və təhlükəsizdir.  Bu gün isə dünyada müşahidə olunan tendensiya onu göstərir ki, pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Bu isə hər bir vətəndaşdan məsələyə daha ciddi yanaşmanı tələb edir. Bu gün mütəxəssislər vaksinin qüvvətləndirici üçüncü - Buster dozasının əhəmiyyəti barədə də artıq ictimaiyyətə məlumat veriblər. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Çünki hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştammlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini təsdiqləyir. Ona görə də buster dozasının alınması sürətləndirilməlidir. Təbii ki, ilk növbədə yüksək risk qrupuna daxil olunan insanlar - tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər üçün 3-cü doza məqsədəuyğun hesab olunur və bu kateqoriya insanlar üçün əhəmiyyəti daha çoxdur.


Beynəlxalq təcrübəyə diqqət yetirsək, müxtəlif xarici ölkələrdə də artıq buster dozasının vurulmasına başlanılıb. Tibb mütəxəssisləri də bildirir ki, üçüncü doza virusla mübarizə aparan anticismləri əvvəlki dozalardan üç dəfə artıq gücləndirir. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Təsadüfi deyil ki,  buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. "Delta” ştammına nəzərən təcrübə də göstərir ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu mənada vətəndaşlar peyvəndin sayından daha çox, onun nəticəsinə, özünün, yaxınlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına daha çox önəm verməlidir. Yalnız belə olan halda biz bu qlobal bəladan xilas ola bilərik.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...