Könül Nurullayeva: \"Azərbaycan Prezidentinin təşəbbüsləri beynəlxalq müstəvidə təqdir olunur\"

Könül Nurullayeva: \

"COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin çevik siyasəti nəticəsində ölkəmizin bu bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətlər sırasında olması dünyanın nüfuzlu maliyyə institutları, ictimai-siyasi xadimləri tərəfindən də təqdir olunur".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib. O qeyd edib ki, bu baxımdan ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubunda yer alan vacib məqamları xüsusi qeyd etmək lazımdır: "Belə ki, məktubda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qlobal inkişafa verdiyi əhəmiyyətli töhfələr və dövlətimizin beynəlxalq səviyyədə nailiyyətləri ABŞ-ın dövlət başçısı tərəfindən də yüksək qiymətləndirilir. Beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, eyni zamanda, çoxtərəfli sülhməramlı əməliyyatlarda fəallıq nümayiş etdirən ölkəmiz bütün dünyanın siyasi və iqtisadi gündəmini dəyişən koronavirus pandemiyası dövründə də qlobal təşəbbüskar rolunda çıxış edir, dünyanı vahid məqsədə istiqamətləndirir".

 

Deputatın fikrincə, praqmatik təhlillər də göstərir ki, indiki çətin vəziyyətdə dövlətlərin gerçəkləşdirdiyi çoxşaxəli humanitar missiya pandemiyaya qarşı mübarizədə ən effektiv vasitədir: "COVİD-19-la məqsədyönlü mübarizə aparan ölkə kimi Azərbaycan bu sahədə də nümunə sərgiləyir. Pandemiya səbəbindən yaranmış "özünəqapanma sindromu"ndan xilas olmaq isə bu qlobal təhlükə ilə mübarizədə başlıca şərtdir və Azərbaycan Prezidentinin beynəlxalq platformalarda həmrəyliyə dair çağırışları buna hədəflənib.


Pandemiya, eyni zamanda, liderlik təşəbbüsünün beynəlxalq təhlükəsizliyə töhfəsini ön plana çıxardı. Bu kontekstdə də cənab Prezidentin təşəbbüsləri beynəlxalq müstəvidə təqdir olunur. Dövlət başçımızın liderlik səylərinin yüksək qiymətləndirilməsi həm də ölkəmizin qlobal mübarizəyə verdiyi töhfəyə verilən qiymətdir. Bu, eyni zamanda, təbii ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən nüfuzunun nəticəsidir. Biz CİSCO şirkətinin rəhbərləri ilə videokonfransda da bu münasibətin şahidi olduq. Belə ki, şirkətin baş maliyyə direktoru xanım Kelli Kramerin də söylədiyi kimi, COVİD-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində məhz Azərbaycan Prezidenti liderlik səylərini nümayiş etdirdi. Siyasi izolyasiyası şəraitində görülən bu işlər birbaşa qlobal təhlükəyə verilən qlobal cavab və birgə mübarizəyə ən nümunəvi töhfədir".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...