Könül Nurullayeva: Azərbaycan gəncləri dövlətimizin dəstəyi ilə cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevriliblər

Könül Nurullayeva: Azərbaycan gəncləri dövlətimizin dəstəyi ilə cəmiyyətin əsas hərəkətverici qüvvəsinə çevriliblər
 

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan gəncliyinin inkişafı ilə bağlı əsaslı və məqsədyönlü dövlət proqramları reallaşdırılır. Bu proqramlar birbaşa Azərbaycan gəncliyinin hərəkat olaraq təkmilləşməsinə, ictimai-siyasi proseslərdə fəallığına xidmət edir. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin əsas prioritetləri gənclərin ictimai fəallığını, onların cəmiyyətin və dövlətin həyatında yaxından iştirakını təmin etməkdir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat bildirib ki, gənclərin potensial imkanlarından daha dolğun istifadə edilməsi və bunun üçün əlverişli şəraitin yaradılması ölkəmizdə gənclər siyasətinin əsasını təşkil edir. Könüllü gənclərimiz bu istiqamətdə mühüm işlər görür və töhfələr verirlər.

COVID-19 pandemiyasının yaratdığı reallıqlar fonunda ölkəmizdə fəaliyyət göstərən könüllülər təşkilatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini deyən K.Nurullayeva mərkəzin bir sıra əhəmiyyətli layihələr həyata keçirdiyini qeyd edib. O, xüsusilə "Böyüklərimizi qoruyaq!” devizi ilə keçirilən aksiyanı qeyd edib. Bildirib ki, bu aksiya çərçivəsində paytaxtda və regionlarda könüllülər minlərlə tənha ahılın, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında birbaşa iştirak edirlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərib. Bu, bir daha təsdiqləyir ki, ölkəmizdə gənclər siyasətinə böyük önəm verilir və onlar cəmiyyətin əsas hərəkətverici qüvvəsidir.

Deputat vurğulayıb ki, gənclər, ilk növbədə, zəngin intellektual potensialın və xüsusi yaradıcılıq qabiliyyətlərinin daşıyıcılarıdır. Bu potensialın daha səmərəli istiqamətlənməsi isə şübhəsiz ki, dövlətin dəstəyi sayəsində mümkündür. Bunun praktik nəticələrini görmək üçün Azərbaycan təcrübəsinə nəzər salmaq kifayətdir. Cəmiyyətin aparıcı qüvvəsi kimi ictimai-siyasi proseslərə vətənpərvərlik hissi ilə qatılan könüllülərimiz bu gün də sosial aksiyalarda birbaşa iştirak etməklə dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə əlavə töhfə verirlər.

"Hər zaman gənclərin yanında olan Azərbaycan Prezidentinin Sərəncamı ilə bu il "Könüllülər ili” elan edilib. İnsanlara təmənnasız yardım göstərməklə bərabər cəmiyyətə, dövlətə fayda vermək könüllülərin iş prinsipini təşkil edir. Çünki gənclik enerjidir, imkandır, Vətənə sevgidir. Ümid edirik ki, "Könüllülər ili”ndə gənclərimiz dövlətimizə, xalqımıza daha çox fayda verməklə, həm də imkanlarını genişləndirmiş olacaqlar”, - deyə deputat bildirib.


OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...