Komitə popkorn satan uşaqla bağlı araşdırmalara BAŞLADI

Komitə popkorn satan uşaqla bağlı araşdırmalara BAŞLADI
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) popkorn satan uşaqla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı AQUPDK-ya müraciət olunub: 

"Bakı şəhəri ərazisində yeniyetmənin keçidlərin birində popkorn satması ilə bağlı müraciət daxil olub. Hazırda tərəfimizdən faktla bağlı araşdırmalara başlanılıb. Xidməti məlumat əsasında iş rəsmiləşdirilib. Araşdırmalardan sonra hadisənin bütün predmetləri məlum olacaq”. 

Elgün Səfərov  vurğulayıb ki, uşağı bu işə cəlb edən hasısa təşkilat və yaxud ailəsi müvafiq məhsuliyyətə cəlb ediləcəkdir:

"Bu yolverilməzdir. Uşaq təhsildən yayınmamalı, təhsil almalıdır. Əgər ailənin sosial problemi varsa onların məşğulluq problemi aradan qaldırılmalıdır. Daxili İşlər Nazirliyi və müvafiq qurumlar tərəfindən son bir ildə küçə tircarəti ilə məşğul olan 200-dən çox uşaq müəyyənləşdirilib. Onların ailələri və yaxud yaxınları cərimələnibdir”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status "Facebook”da kəskin müzakirə olunub. Musabəyov statusunda satıcı uşağı tənqid edib: "Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir”.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevdən Azərbaycan Polis Günü ilə bağlı paylaşım - FOTO

  Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı "Facebook” hesabında paylaşım edib.  Sfera.az  xəbər verir ki, paylaşımda dey...

22 yaşlı qızın meyiti ailəsinə təhvil verilib - FOTO + VİDEO

  Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı Bona Dea Xəstəxanası açıqlama yayıb. Sfera.az  REAL-a istinadən xəbər verir ki, açıqlam...

DİN gənc müğənnilərin polisə dəstək videoçarxı hazırlamasına münasibət bildirdi

  Daxili İşlər Nazirliyi iki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binal...

102 illik şərəfli yolun davamçıları - hərbi hissədən - VİDEO - REPORTAJ

 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük şəxsiyyətlər, təxminən, 1 ay sonra növbəti tarixi addım atırlar. İyunun 26-da Nazirl...

“Ordumuz üçün düşməndən qisas almaqdan müqəddəs amal ola bilməz” - Elnur Allahverdiyev

  "Bugün Azərbaycan Silahlı Qüvvələri özünün şəxsi heyətinin hazırlığı və sayı, texniki təminatı, istifadə etdiyi silahların müasirliyi, büdcəsi ilə dünya...

Millət vəkilindən Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - VİDEO

  Sfera.az xəbər verir ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə millət vəkili Ulvi Quliyev  video paylaşı...