KİV: \"Barselona\"nın baş məşqçisi istefaya göndəriləcək

KİV: \
 İspaniya "Barselona"sının baş məşqçisi Kike Setyenin taleyinə yaxın günlərdə aydınlıq gələcək.

Sfera.az xəbər verir ki, 62 yaşlı mütəxəssislə bağlı qərar klubun prezidenti Jozep Bartomeu ilə görüşdən sonra qəbul olunacaq.

İspaniyalı funksioner son oyundakı məğlubiyyətin, ümumiyyətlə "Real Madrid" ilə çempionluq yarışındakı uğursuzluğun səbəblərini bilmək istəyir.

İddiaya görə, baş məşqçinin komandadakı vəziyyəti heç də yaxşı deyil. Onun istefaya göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, Kike Setyen bu ilin yanvarından "Barselona"ya başçılıq edir. (report.az)

OXŞAR XƏBƏRLƏR