Kirayə mənzil bazarında bahalaşma olacaq? – Bu ərazilərdə...

Kirayə mənzil bazarında bahalaşma olacaq? – Bu ərazilərdə...
Ənənəvi qayda olaraq hər ilin bu vaxtları kirayə mənzil bazarında tələbat çoxalır, qiymətlər yüksəlir. Bu da yeni tədris ilinin başlaması, tələbələrin müraciəti ilə bağlıdır.
 
Maraqlıdır, hazırda kirayə mənzil bazarında tələbat və qiymətlər necədir? 

Məsələ ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Ramil Osmanlı hazırda şəhərkənarında yerləşən mənzillərə tələbatın olduğunu bildirib: 
"Kirayə mənzil bazarında əvvəlki kimi qiymət artımı yoxdur, lakin qiymətlər yenə də yüksəkdir. Nazirlər Kabineti təhsil sistemi ilə bağlı qərar açıqlamadığı üçün əvvəlki illərdə olduğu kimi kirayə mənzillərə tələb yüksək deyil. Şəhərə turist axını olmadığı üçün mərkəz hissədə günlük kirayə edilən evlərə də tələb yoxdur. Amma şəhərkənarı mənzil və fərdi yaşayış evlərinə tələbat var. 

Ekspert qiymətlərdə ciddi artımın olmayacağını deyib: 

"İctimai nəqliyyatdan istifadə üçün uyğun olan ərazilərdə belə evlər üçün qiymətlər 400-450 manatdan başlayır. 600 manatadək qiyməti olan bu mənzillərə tələbat çoxdur. Bütövlükdə deyə bilərik ki, kirayə mənzil bazarında istehlakçının əsas tələbi 500 manatadək olan mənzillərədir. İlboyu qiymət və tələbatda proseslərin ciddi şəkildə dəyişməsi gözlənilmir". 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR