“Kim Çen In-ındən dəqiq məlumatım var, amma demirəm…” – TRAMPDAN İKİBAŞLI AÇIQLAMA

“Kim Çen In-ındən dəqiq məlumatım var, amma demirəm…” – TRAMPDAN İKİBAŞLI AÇIQLAMA

Şimali Koreya diktatoru Kim Çen Inın öldüyü, yaxud beyin ölümü keçirdiyi haqda spekulyasiyaların davam etdiyi bir vaxtda jurnalistlər Ağ evdə bu haqda ABŞ prezidenti Donald Trampa sual veriblər. Və Şimali Koreya rəhbərinin sağlamlığının vəziyyəti barədə ona nə məlum olduğunu soruşublar.

Tramp bu suala qəribə cavab verib. "Məndə kifayət qədər dəqiq məlumat var ki, Kim Çen In-ın işləri indi nə yerdədir, amma hələlik açıqlaya bilmərəm. Ümid edirəm ki, onunla bağlı hər şey yaxşı olacaq”,-Tramp bildirib.

O, habelə reportyorlara bildirib ki, Kim Çen In barədə informasiya "o qədər də uzaq olmayan gələcəkdə” hamıya məlum olacaq.

Bu arada keçmiş şimali koreyalı diplomat Txe Yen Ho Kim Çen Inın həqiqətən səhhəti ilə bağlı ciddi problem yaşadığını təxmin etdiyini deyib. CNN-ə açıqlamasında keçmiş diplomat bildirib ki, Kim Çen In-ın babası Kim İr Sen-in ad günü mərasimlərində iştirak etməməsi ölkə əhalisi üçün qeyri-normal görünür. "Mən tam əmin deyiləm ki, o həqiqətən hansısa əməliyyat keçirib, yaxud başına nəsə başqa iş gəlib. Bir şey aydındır-o müstəqil şəkildə qalxa və ya normal şəkildə yeriyə bilmir”,-keçmiş diplomat deyib.

O əlavə edib ki, Şimali Koreya liderini məxfilik əhatə edir və Kim-in vəziyyəti barədə dəqiq məlumat ancaq onun arvadında, bacısında və ya yaxın köməkçilərində ola bilər. Txe Yen Ho xatırladıb ki, vaxtilə Kim Çen In-ın atası Kim Çen İr-in ölümü iki gün ərzində gizli saxlanılmışdı.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...