\"Kiçiktutumlu avtobuslar şəhərətrafı ictimai nəqliyyatın yenilənməsinə müsbət təsir göstərəcək\" - RƏY

\
İctimai nəqliyyat problemi şəhərətrafı kənd və qəsəbələrdə hələ də qalmaqdadır. Avtobus sayının kifayət etməməsi və sərnişin sıxlığı problemlərinin həlli ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür.

Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sözügedən problemin həlli üçün 115 kiçik tutumlu avtobusun sifariş verildiyini və gətirilməsinin nəzərdə tutulduğunu bildirdi.

Bəs bu addım şəhərətrafı ərazilərdə müntəzəm marşrut xətti ilə bağlı problemlərin həllinə necə təsir edəcək?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, şəhərin mərkəzində avtobus parkı yenilənib və vəziyyət qənaətbəxşdir:
 


"Şəhərətrafı ərazilərdə isə avtobus parkının yenilənməsinə ehtiyac var. Xüsusən də, böyük qəsəbələrdə marşrutların vəziyyəti o qədər də ürəkaçan deyil. Problemin həlli ilə bağlı BNA tərəfindən Bakıətrafı kənd və qəsəbələr üçün 115 kiçiktutumlu avtobusun gətirilməsi nəzərdə tutulur. Bu addım avtobus parkının yenilənməsinə və artmasına müsbət təsir göstərəcək. Həmçinin infrastruktur parametrlərinə uyğun avtobusların gətirilməsi əsas hədəfdir. 18 və 12 metrlik iritutumlu avtobusların kənd və qəbələrdə manevr etmək imkanları məhdud olduğundan 9 metrlik kiçiktutumlu avtobusların gətirilməsi məqsədəuyğundur. Buna görə də, yeni avtobusların gətirilməsi problemi həll edəcək".

Şəhərətrafı ərazilərdə və qəbələrdə sıxlıq probleminə də toxunan ekspert bildirdi ki, avtobusların normal hərəkətinin təmin olunması üçün xüsusi zolaqların yaradılmasına ehtiyac var:

"Avtobus zolağının olması avtobusların hərəkət intervalında problemin yaranmasının qarşısını ala və sıxlıq olduqda belə, avtobusun öz zolağı ilə hərəkət etməsini təmin edə bilər. Digər məsələ isə odur ki, nəqliyyat növləri arasında inteqrasiya zəifdir və ictimai nəqliyyatın yükünün qismən paylaşdırılmasına ehtiyac var. Bu baxımdan avtobus, elektrik qatarı və metronun paralel fəaliyyət göstərməsi üçün multimodal habların tez zamanda tikilib istifadəyə verilməsinə ehtiyac var".

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...