Kiçik sahibkarların məhsul istehsalında payları azalıb

Kiçik sahibkarların məhsul istehsalında payları azalıb
Mikro, kiçik və orta (MKO) sahibkarlıq subyektlərinin məhsul istehsalında payı azalıb.
 
Sfera.az bildirir ki, MKO-ların sayı 2020-ci ildə artsa da, onlar tərəfindən yaradılan dəyər azalıb. 2020-ci ilin sonu vəziyyətinə ölkədə rəsmi qeydiyyata alınmış MKO-ların sayı 2019-cu ildəkinə nisbətən 12,7 faiz artaraq 1 130 048 vahidə çatıb. Yeni yaradılan kiçik sahibkarlıq subyektlərindəki artım bilavasitə fərdi sahibkarların sayının artması ilə (79,8 faiz) bağlı olub. 

Nominal ifadədə yaradılan əlavə dəyərin məbləği 1,2 faiz azalaraq 10,9 milyard manat təşkil edib. Məhsul istehsalının azalmasına baxmayaraq MKO-ların ölkədəki ümumi istehsaldakı payı 14,9 faizdən 16,7 faizə qədər artıb.

Kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların 10,7 milyard manatı qeyri neft-qaz sektorunda yaradılıb ki, bu da cəmi istehsalın 23,7 faizidir.
İstehsalın azalmasına baxmayaraq, MKO-larda olan işçilərin sayı artıb. Buradakı işçi sayı 332,2 mindən 348,7 minə yüksəlib. Həmin işçilərin orta maaşı isə 531 manatdan 612 manata çatıb.

Vasif
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İqtisadiyyatda xidmət sektorunun payı yenidən azalıb - SƏBƏB

2021-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalında xidmət sektorunun payı azalaraq 37,3 faizə düşüb.   Sfera.az bildirir ki, 2020-ci ildə xidmət sektoru...

Bahalaşma dollara tələbi azaldır

Qiymət artımları və bunun nəticəsində əhalinin xərclərinin artması xarici valyutaya, xüsusən də dollara olan tələbi azaldır.   Sfera.az bildirir ki, qiym...

SOCAR Ermənistanda zavod alıb? - RƏSMİ AÇIQLAMA

SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.   Bununla bağlı şirkətdən daxil olan məlumatda deyilir: "Bu cür absurd iddialar heç SOCAR-ı...

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,48 ABŞ dolları və ya...

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.   Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alı...

Mikayıl Cabbarov: "Qeyri-neft sektorundan aksiz vergisi daxilolmaları 25% artıb"

2021-ci ildə Azərbaycanda qeyri-neft sektorundan daxilolmalar əlavə dəyər vergisi (ƏDV) üzrə 17%, aksiz vergisi üzrə 25%, mənfəət vergisi üzrə isə 16,3% artıb. ...