\"Keşlə\"nin yeni baş məşqçisi açıqlandı

\
"Keşlə” komandasının baş məşqçi vəzifəsinə təyinat baş tutub.

Sfera.az  paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, komanda Sənan Qurbanova tapşırılıb.

40 yaşlı mütəxəssis ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Sənan Qurbanov buna qədər 2018-2019-cu illər mövsümündə Qəbələ”nin baş məşqçisi olub. O, əyalət təmsilçisi ilə Azərbaycan Kubokunu qazanıb.

OXŞAR XƏBƏRLƏR