Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ

Kəskin hava şəraiti ilə bağlı növbəti XƏBƏRDARLIQ
Ölkədə müşahidə edilən kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.

fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq.

Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı - VİDEO

Xəbər veridiyimiz kimi ötən gündən etibarən sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz həkətlərini əks etdirən video görüntülər yay...

Gömrük Komitəsinin “görmədiyi” məhsullar - VİDEO

Paytaxtda yerləşən İran mağazalarında bəzi məhsulların üzərində son istifadə tarixi fars əlifbası ilə verilir. Bundan başqa, tarix hicri təqvimi ilə olduğuna gö...

Azərbaycanlı İngiltərədə cinsi zorakılıq ittihamı ilə həbs olundu

Jurnalist olduğunu iddia edən 34 yaşlı Azərbaycan vətəndaşı Ceyhun Zeynalov Böyük Britaniyada seksual qısnama ittihamı ilə mühakimə olunub. Sfera.az "Dail...

Polis münəccimlik etməlidir? - DİN rəsmisi

"Konkret fakt verən yoxdur. Danışırlar, yazırlar ki məktəbdə patı var, patı satırlar. Polis münəccimlik etməlidir?" Sfera.az xəbər verir ki, bu barədə Dax...

"Parkovşik"in yığdığı pul kimin cibinə gedir? - VİDEO

Bir neçə gündür polis sürücülərdən parklanmaya görə pul tələb edən şəxslərə qarşı reyd keçirir. Sirr deyil ki, Bakı küçələrində hər gün minlərlə sürücü avtomobi...

Azərbaycanda bu şəxslərə dərmanlar pulsuz verilir - SİYAHI

Azərbaycanda hansı şəxslərə dərmanların pulsuz verildiyi açıqlanıb. Sfera.azxəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Respubli...