“Kaş mən öləydim...” - Aybəniz Haşımovadan 8 Mart mitinqinə reaksiya

“Kaş mən öləydim...” - Aybəniz Haşımovadan 8 Mart mitinqinə reaksiya
 Əməkdar artist Aybəniz Haşımova da 8 Mart günü Bakıda baş tutan mitinqə reaksiya verib.
 

Sfera.az xəbər verir ki, ifaçı mitinqdə qaldırılan plakatların fotosunu paylaşaraq bunları yazıb:

"Bunun adı nədir? Kaş mən öləydim, millətimin bu günə düşməyini görməyəydim".

Xatırladaq ki, 8 Mart Beynəlxalq Qadınlar Günündə paytaxtda bir qrup qadının keçirdiyi aksiya hələ də müzakirə olunur. Aksiyada ən çox diqqətçəkən məqamlar irəli sürülən tələblər və plakatlarda yazılan şüarlar olub. (yeni sabah)



OXŞAR XƏBƏRLƏR