“Karvan” restoranının qarşısında bıçaqlanma

“Karvan” restoranının qarşısında bıçaqlanma
 Kürdəxanı qəsəbəsində 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb.  

Sfera.az-ın məlumatına görə, O. Maşayev Əmirova 3 bıçaq zərbəsi endirib. O, tutularaq istintaqa təhvil verilib.

Digər hadisə isə Sulutəpə qəsəbəsində, "Karvan” restoranının qarşısında olub.  Qəsəbə sakini  1998-ci il təvəllüdlü Zahir Mustafayev bıçaqlanıb. Z.Mustafayev ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onun həmyerlisi və həmyaşıdı Rəmzi İsmayılov tərəfindən bıçaqlandığı məlum olub. R.İmsayılov tutularaq istintaqa təhvil verilib.

Həmçinin, Yeni Günəşli qəsəbəsi "AB” massivində də bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə münaqişə zəminində Orxan Mailovu kürəyindən bıçaqlayıb. 

Hazırda ilkin əməliyyat-axtarış tədbirləri davam edir.

OXŞAR XƏBƏRLƏR