Karantin bitəndən sonra nə yeniliklər gözlənilir? — Sərnişinlərə ŞAD XƏBƏR

Karantin bitəndən sonra nə yeniliklər gözlənilir? — Sərnişinlərə ŞAD XƏBƏR
Bildiyiniz kimi, karantin rejimi ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarları məhdud sayda fəaliyyət göstərir.


Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətin intensivliyi bərpa olunduqdan sonra marşrut üzrə dairəvi hərəkət təmin ediləcək.


Qeyd edək ki, hazırda Bakı-Xırdalan-Sumqayıt-Bakı elektrik qatarları hər gün saat 17:30, 18:15 və 18:35-də Bakı Dəmir Yol stansiyasından yola düşür. Bakı-Biləcəri-Xırdalan-Sumqayıt marşrutu üzrə hərəkət edir. Səhəri gün, müvafiq olaraq, 07:32, 07:50, 08:00 və 09:20-də həmin marşrut üzrə Sumqayıtdan geriyə qayıdır.


Bundan başqa, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.


Eyni zamanda, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarları hər gün saat 17:44-də və 18:45-də Bakı sərnişin stansiyasından yola düşür, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Gorədil, Novxanı, Sumqayıt istiqamətində hərəkətdə olur. Səhəri gün, müvafiq olaraq, 07:25, 07:40 və 09:15-də həmin marşrut üzrə geri qayıdır.


Karantin bitəndən sonra nə yeniliklər gözlənilir?


Qurumdan bildirilib ki, insan sağlamlığı, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyi ön planda olacaq:


"Fəaliyyətimiz Nazirlər kabinetinin, eləcə də Nazirlər kabineti yanında operativ qərargahın tələblərinə uyğun qurulacaq. Bu qaydaları ehtiva edəcək. Hər halda dəmir yollarında sərnişindaşımada hərəkət bərpa olduqdan sonra bununla bağlı, sərnişinlərin və qatar heyətinin təhlükəsizliyinin təmini məqsədilə xüsusi göstərişlər olacaq.


ADY QSC insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən və keçiriləcək butün tələbləri yerinə yetirməyə hazırdır.


Ara məsafənin qorunması üçün qatarlarda yerlərin satışa necə verilməsi ilə bağlı yəqin ki, sərnişindaşıma qaydalarında müəyyən dəyişikliklər tətbiq olunacaq.


Artıq bəzi ölkələrdə sərnişindaşımada belə məhdudiyyətər nəzərdən keçirilir.


Biz də "Azərbaycan Dəmir Yolları” QSC olaraq sərnişinlərimizin sağlamlığının qorunması üçün müəyyən olunan bütün tələbləri yerinə yetirməyə hazırıq".


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...