İyulun 16-na olan hava proqnozu

İyulun 16-na olan hava proqnozu
İyulun 16-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Sfera.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

İyulun 16-da Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

SON DƏQİQƏ! Vilayət Eyvazov generalı vəzifəsindən AZAD ETDİ

 Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Sfera.az xəbər ve...

Polis nəzarəti altında orduya çağırış və xidmətdən yayınan 15 min gənc

  Ermənistanda hərbi xidmətə yay çağırışına nəzarət məqsədilə hüquq-mühafizə orqanlarının çoxsaylı əməkdaşlarının cəlb edilməsinə baxmayaraq, gözlənilən n...

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ

  Xarici İşlər Nazirliyinin daha 2 yüksək rütbəli əməkdaşı həbs edilib. Sfera.az xəbər verir ki, Səbail rayon Məhkəməsindən Haqqin.az-a verilən məlu...

Koronavirus da 3-4 aydan sonra bitəcək, 10-15 manatlıq...-AÇIQLAMA

  Xəbər verdiyimiz kimi ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü ...

Sabahdan bütün ictimai nəqliyyat dayandırılır - RƏSMİ

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Sfera.az xəbər verir ki, bu məhdud...

Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar

  Xəbər verdiyimiz kimi, dünən gecə Azərbaycanın Xalq artisti Canəli Əkbərovun oğlu Asəf Əkbərov vəfat edib.     "MediaPost”un məlumatına gör...