İyulun 14-dən qələbəyə keçən gecə və arxa cəbhədəki təxribat qrupu...

İyulun 14-dən qələbəyə keçən gecə və arxa cəbhədəki təxribat qrupu...

İyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində başlanan qanlı döyüşlər Azərbaycanda xalq-dövlət birliyini daha da möhkəmləndirdi. Generalımızın, yüksək rütbəli digər zabitlərimizin və əsgərlərimizin döyüşlərdə şəhid olması Azərbaycan xalqını yumruq kimi birləşdirdi.


Hətta Azərbaycan ordusunun uğurli qisas əməliyyatı nəticəsində məhv edilən yüzlərlə düşmən hərbçisinin cəsədləri belə xalqın ürəyinə su səpmədi. Xalq daha böyük intiqam, düşmənə daha böyük zərbələr istəməkdəydi.


Xalq Ali Baş Komandanının ətrafında həmişə olduğundan daha sıx birləşib. İyulun 14-dən 15-nə keçən gecə Bakı küçə və meydanlarında yaşananlar da məhz bu birliyin, etimadın və həmrəyliyin gözəl tablosu kimi ortaya çıxmışdı. Minlərlə sadə vətəndaşın heç bir çağırış olmadan meydanları doldurması, elə meydanlardaca Prezidentinə sadiqlik andı içməsi, döyüşə hazır olduğunu bəyan etməsi qürurverici görüntülər idi.


Həmin gecə hər kəs qələbəyə inandı və hər kəsi də inandırdı. Bu baxımdan həmin gecəni iyulun 14-dən qələbəyə keçən gecə adlandırıram.

 

Azərbaycan polisinin həmin gecəki nümunəvi xidməti isə hələ uzun müddət xatirələrdən silinməyəcək. Həmin gecə polisiylə, əsgəriylə, dövlətiylə bütünləşən xalq bütün dünyaya mesajını çatdırdı – Qarabağ bizimdir və biz torpaq itkisi ilə heç zaman barışmayacağıq.


Amma görünən odur ki, bu birlik tablosu, bu coşqu izdihamı kimlərisə narahat etməyə başladı. İçimizdəki xainlər, "5-ci kalon”, özləri içimizdə olsa da kökləri xaricdə olan bədxah qüvvələr yenidən təxribata əl atdılar.

 

Milli Məclisin binasına hücum edilməsi, polis maşınlarının aşırdılması antiazərbaycan güclərin də yatmadığını ortaya qoymuş oldu. Və bu bizə mesaj idi, həm də - İçimizdəki xainlər hər zaman arxadan vurmağa hazırdırlar.


Olaylarda Azərbaycan polisinin, digər hüquq-mühafizə orqanlarının peşəkarlığı bir daha üzə çıxdı. Proseslərin arzuolunmaz məcradakı inkişafı dayandırıldı və asayiş bərpa olundu. Bununla belə bu həmin qüvvələrin tam zərərsizləşdirilməsi, sıradan çıxarılması anlamına gəlmir.


Yenə içimizdədirlər, yenə fürsət gözləyirlər.

 

Odur ki, hər birimiz hərəkətlərimizdə, davranışlarımızda daha korrekt olmalı, həmin qüvvələrə yeni fürsətlər yaratmamalıyıq.


Vacib olanı etdik – Dövlətimizə, onun başçısına "müharibəyə, döyüşməyə hazırıq” mesajımızı çatdırdıq.

 

Artıq gerisi dövlətimizin və Ali Baş Komandanın səlahiyyətində olan məsələdir.


Qalib gələcəyimizə inamımız sonsuzdur.

 

Ali Baş Komandanımıza güvənimiz sarsılmazdır.

 

Bu xaıqın qalib gəlməkdən başqa yolu yoxdur və həmin qələbənin çox yaxında olduğuna inanırıq.

 

 

Ozal Məmmədov

 

 


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...