İtaliya Bakını dəvət etdi, İrəvanı yox - Minasyan ermənilərə pis xəbər verdi

İtaliya Bakını dəvət etdi, İrəvanı yox - Minasyan ermənilərə pis xəbər verdi
Azərbaycan G-20 sammitinə dəvət olunub, Ermənistan isə yox.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan teleqram kanalında yazıb.

"İtaliya G-20-də sədrlik etdiyi dövrdə sammitdə iştirak edəcək ölkələri özü seçir və özü üçün vacib olan dövlətləri dəvət edir. İtaliya nə vaxtsa Ermənistanın dost ölkələrindən biri olub, həm kədərdə, həm də sevincdə yanımızda olub. Ermənistana aid məsələlərə balans prinsipi ilə yanaşıb. İndi isə İtaliya Azərbaycanı G-20 sammitinə dəvət edərək, paritet prinsipini təmin etməyə belə nail olmayıb, Ermənistanı sammitə dəvət etməyib. Nikol, XİN, rəsmi xadimlər, ümumiyyətlə, bütün cəmiyyət, dəhşətli bir şeyin baş vermədiyini iddia edir. Bütün bu deyilənlər diplomatiyamızın, xarici siyasətimizin və dövlət təsisatlarının darmadağın olduğunun sübutudur. Özümüz özümüzə hörmət etmədiyimiz müddətdə başqaları da bizə hörmət etməyəcək”, - o yazıb. /Axar.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...