Birgə Mərkəzdəki Türkiyə hərbçilərinin sayı ilə bağlı spekulyasiyalar niyə əhəmiyyətsizdir? - Deputatla MÜSAHİBƏ

Birgə Mərkəzdəki Türkiyə hərbçilərinin sayı ilə bağlı spekulyasiyalar niyə əhəmiyyətsizdir? - Deputatla MÜSAHİBƏ

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin müsahibəsini təqdim edir:

 

-Covid-19 pandemiyası dünya iqtisadiyyatına ciddi zərbə vurub.Xüsusən müharibədən çıxmış bir ölkə kimi bu sınaqlardan kənarda qala bilməyimiz mümkünsüzdür. Qarşıda  ölkəmizi milyardlarla vəsait tələb edən Qarabağın bərpası və quruculuğu işləri gözləyir. Öhdəsindən gələ biləcəyikmi?

 

-30 ilə yaxın müddətdə regionumuzda marağı olan siyasi qüvvələr,o cümlədən böyük güclər cəmiyyətimizə aşılayırdılar ki,Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur və guya Azərbaycan xalqı yaranmış vəziyyətlə barışmalıdır.Təxminən sualınızda səslənən pessimist notlar cəmiyyətimizə aşılanırdı.Prezident İlham Əliyev siyasi iradəsi hesabına bütün diplomatik platformalarda həmin dairələrə çatdırırdı ki,onların tutduqları mövqe yanlışdır,qeri-obyektivdir və beynəlxalq hüquqa ziddir. Eyni zamanda,Azərbaycan hakimiyyəti strateji müttəfiqlərimizlə münasibətləri yeni,daha təsirli müstəviyə qaldırmaq üçün həlli mümkünsüz görünən addımları da cəsarətlə atırdı ki, uyğun geosiyasi vəziyyətin yetişdirilməsinə nail ola bilsin.Nəticəsini ötən il sentyabrın 27-də başladığımız əks-hücum əməliyyatında hər birimiz gördük.Xalqımızın birliyi,ordumuzun gücü və bu iki faktoru öz ətrafında birləşdirən Ali Baş Komandan İlham Əliyev dünyaya sübut etdi ki,Azərbaycan  beynəlxalq hüququn tanıdığı çərçivədə haqq savaşına çıxıb və xalqımız öz gücü hesabına tarixi ədaləti bərpa etməyə qadirdir.Gəlin,onu da etiraf edək ki,bəzi xarici dairələrin cəmiyyətimizə aşıladığı proseslərin təsiri altında münaqişənin ədalətli həllinə olan inamımız bitib tükənmək üzrə idi.Birmənalıdır ki,Vətən müharibəsi baş tutmasaydı,haqsızlıqla yenə də barışmayacaqdıq. Lakin barışmamaq,qəbul etməmək bir məsələdir, barışmazlığı və haqlı olduğunu savaş meydanında sübut etmək tamam  başqa bir reallıqdır. Savaşın reallaşdırıla biləcəyi məqamı və zamanı yetişdirmək isə böyük idarəçilik və dövlətçilik məfkurəsi,siyasi iradə tələb edirdi.Prezident İlham Əliyev Lider kimi məhz bu keyfiyyətlərini ortaya qoydu və onun rəhbərliyi altında müzəffər Ordumuz qəhrəmanlıq göstərərək üzərinə düşən vəzifəni yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu.Allah bütün Şəhidlərimizə rəhmət eləsin,yaralılarımıza şəfa, qazilərimizə uzun ömür versin.

 

Artıq 30 illik həsrətimizə son qoyulub.Növbəti mərhələ erməni vandallığının və vəhşiliyinin Qarabağdakı izlərinin aradan qaldırılması ilə bağlıdır.Şübhə etmirəm ki, xalqımız Qarabağı yenidən cənnəti-məkana çevirmək vəzifəsinin də öhdəsindən şərəflə gələcək.Əsas olan odur ki,bunun üçün hakimiyyətin siyasi iradəsi,xalqımızın istəyi və dövlətin iqtisadi resursları var.Vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər birimiz imkan və bacarığımıza uyğun şəkildə bu işə səfərbər olmalıyıq.Hüquqi şəxslərin məsuliyyətli davranacağına da şübhə etmirəm.O ki,qaldı pandemiyaya,razıyam ki,Covid-19 dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Ölkəmizin iqtisadiyyatı təxminən 4 faiz həcmində kiçilib.Lakin elə Avropa dövlətləri də var ki, onlarda bu göstərici  daha yuxarı həddədir. Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında belə bir fikir söyləmişdi: "Vaxtından əvvəl nə isə demək istəmirəm.Amma,eyni zamanda,biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq. Vaxt gələndə bu barədə də məlumat veriləcək. Yeni layihə bizim potensialımızı böyük dərəcədə gücləndirəcək”. Yanvarın 21-də Azərbaycan Respublikası Höküməti ilə Türkmənistan Höküməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı,işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı.Prezidentin verdiyi ismarıcın tərkib hissələrindən biri reallaşdı.Bu yataqla bağlı uzun illər maraqlarımızı uzlaşdıra bilmirdik,çünki mane olanlar az deyildi.Sazişin baş tutması həm də onun göstəricisidir ki,Azərbaycan dövlətinin  beynəlxalq münasibətlərin subyekti kimi reputasiyası daha nüfuzlu müstəviyə yüksəlib.Bu layihə iqtisadi potensialımızın əhəmiyyətli dərəcədə güclənməsinə təkan verəcək.Göründüyü kimi,dövlətimiz gərəkli olan addımları atır,ciddi iqtisadi layihələri reallaşdırır, lakin Covid-19-la bağlı obyektiv çətinliklərin ölkəmizdən yan keçəcəyini düşünmək sadəlövhlük olardı.Dünyanın aparıcı gücü olan ABŞ bu gün dövriyyəyə iki trilyona yaxın əlavə vəsaitin buraxılmasına ehtiyac hiss edir.Hətta,öz dövlət maraqlarının təmin olunması üçün dünya bazarında dolların məqsədli şəkildə zəiflədilməsini  nəzərdən keçirir.Təbii ki,dünya iqtisadiyyatında baş verənlər və ehtimal olunan çətinliklər iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək.

 

-Qarabağda bərpa və quruculuq işləri təhlükəsizlik məsələsinin həllindən də xeyli asılıdır.Bir neçə gün əvvəl Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı rəsmi məlumat verildi. Mərkəzin işə düşməsi,əslində nə deməkdir?

 

-Monitorinq Mərkəzi ilə bağlı müddəa 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatda əks olunmuşdu.Onun fəaliyyətə başlaması o deməkdir ki,Bəyanatla nəzərdə tutulan öhdəliklər ardıcıllıqla yerinə yetirilir.Eyni zamanda, bu,regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan ciddi addım kimi dəyərləndirilməlidir. Bu,həm də o deməkdir ki,tərəflər Bəyanatın şərtlərini yerinə yetirməkdə israrlıdırlar.Ən əsası,bunun üçün Azərbaycan hakimiyyətinin siyasi iradəsi ortadadır və dəyişməzdir.Mərkəzin adından göründüyü kimi,bəzilərinin iddialarının əksinə olaraq, qardaş Türkiyə 10 noyabr Bəyanatına qədər də, Bəyanatdan sonra da masada olub və bu gün də var.Ötən günlərdə məsələ ətrafında aparılan xeyli polemikanın şahidi olduq.Bunda təbii narahatlıqdan və istəkdən doğan siyasi plüralizmin cəhətləri də var,təəssüf ki,siyasi spekulyasiya cəhdləri daha çox idi.Baxmayaraq ki,Preziident İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Mərkəzin fəaliyyəti ilə bağlı mövqeyini ictimai şəkildə açıq ifadə etmişdi:”Ona görə,bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün,sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır.Çünki əfsuslar olsun ki,Ermənistanda bəzi siyasi qüvvəllər revanşist fikirlərlə yaşayırlar,açıq bəyanatlar verirlər ki,gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər.Bu,onlar üçün özünəqəsd olacaq.Təbii ki,belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var.Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki,şərəflə yerinə yetirəcəkdir”.Prezidentin siyasi iradəsi açıq şəkildə ifadə olunduğu halda,bu cür məsələlərdə  müşahidə etdiyimiz ifrat emosianallığın gərəksiz,siyasi spekulyasiyaların isə təhlükəli olduğu qənaətindəyəm.

 

-Bəzən belə fikirlər də səslənir ki,Mərkəzdə iştirak edən Türkiyə hərbçilərinin sayı elə də çox deyil?

 

-Qardaş Türkiyənin Silahlı Qüvvə mənsublarının Monitorinq Mərkəzinin tərkibində fəaliyyətə başlaması ciddi tarixi hadisədir.Son iki əsrə nəzər yetirsək,detallara varmadan, görərik ki,bu,həqiqətən belədir.Beynəlxalq hüquq normalarına və dövlətlərarası razılaşmaya əsasən,Türkiyənin əsgər və zabit heyəti artıq Cənubi Qafqazdadır.Bu məsələdə Prezident İlham Əliyevin siyasi iradəsi həlledici rol oynayıb,Türkiyə və Rusiya dövlətləri isə mövqelərini uzlaşdıra biliblər.Ermənistan hərbi məğlubiyyətə uğradığına görə reallığı qəbul etmək məcburiyyətində qalıb.Say məsələsinə gəldikdə isə,bilməliyik ki,bu cür tarixi hadisələrdə vacib olan məqam hərbi iştirakın hüquqi baxımdan tənzimlənməsini və dövlətlər arasındakı razılaşmaya söykənməsini reallaşdıra bilməkdir.Rusiya üçün olduğu kimi,Türkiyə üçün də başqa ölkənin ərazisində olan hər bir əsgərinin təhlükəsizliyi dövlət nüfuzunun müdafiəsi qədər əhəmiyyətlidir.Belə məsələlərdə hərbi iştirakın siyasi təsdiqi saydan daha önəmlidir.Müasir texniki imkanlar da o səviyyədədir ki,Mərkəz bölgədə baş verə biləcək proseslərin monitorinqini aparmaqda ciddi çətinlik çəkməyəcək.Vacib olan odur ki,Monitorinq Mərkəzinin yerləşdiyi məkanda Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə və Rusiyanın dövlət bayraqları bir yerdə dalğalanır.

 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...