İstifadə olunmuş tibbi maskalar ölüm yayır - Alimlərdən həyacan təbili

İstifadə olunmuş tibbi maskalar ölüm yayır - Alimlərdən həyacan təbili

Honq Konq Universitetinin və Amerika Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun bir qrup mütəxəssisi COVID-19 koronavirusunun istifadə olunmuş tənzif maskalarında bir həftəyə qədər qala bildiyi qənaətinə gəliblər.


Sfera.az-ın məlumatına görə, Honq Konqun "South China Morning Post” nəşri xəbər verir ki, mütəxəssislər otaq temperaturunda müxtəlif səthlər üzərində virusun dayanıqlığını araşdırıblar.

 

Həmin araşdırmaların nəticələrinə görə, çap və papiros kağızı üzərində virus üç saatdan az davam gətirir, emal edilmiş ağac və parça (standart pambıq laboratoriya gödəkçəsi) üzərində isəikinci gün artıq yoxa çıxır. Şüşə və kağız əskinas üzərində ikinci gün də görünən virus, yalnız dördüncü gün tamamilə məhv olur, paslanmayan polad və plastik səth üzərində isə dörd gündən yeddi günədək qalıcılığını saxlayır.

 

Ekspertlər həmçinin müəyyən ediblər ki, məişətdə istifadə edilən adi dezinfeksiyaedici vasitələr, o cümlədən də ağardıcı, virusun ”öldürülməsi”ndə effektlidir. Amma onların fikrincə, yoluxmadan qorunmağın ən sadə və etibarlı yolu əllərin yuyulması və dezinfeksiya edilməsidir.

 

Elm adamları tövsiyyə edir: "Özünüzü qorumaq istəyirsinizsə, sadəcə gigiyena qaydalarına riayət edin". Onlar əlləri mümükün qədər tez-tez yumağı və əlləri dezinfeksiya etmədən üzünüzə, gözlərinizə, ağzınıza, yaxud burnunuza toxunmamağı məsləhət görürlər.

 

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...