“İstək” liseyi bağlandı

“İstək” liseyi bağlandı
İyulun 5-də "İstək” liseyinin təsisçisi təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi üçün Təhsil Nazirliyinə müraciət edib.

Sfera.az-a daxil olan məlumata görə, müraciətdə "İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən "İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi "İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

OXŞAR XƏBƏRLƏR

İmtahanların nəticələri elan olundu

 10 iyul 2020-ci ildə 10,11,18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahan...

İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər - DİM

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 20-dən sonra növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi nəzərdə tutulur. Mərkəzdən  veril...

Baş nazir təhsillə bağlı qərar verdi - SON DƏQİQƏ!

  Nazirlər kabineti Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollec...

“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

  Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 10-na olan cədvəli...

Tədris ilinin yekununa dair 1700-dən çox müəllimin iştirakı ilə onlayn forum keçirilib

  İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin ...

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

  Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 8 iyul üçün nəzərdə tutulan cədvəlini təqdi...