İsmayıllının icra başçısı Qalınçaq kənd sakinləri ilə görüş keçirib - FOTOLAR
17:35 / 25.09.2021
1206
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid
Bağırov Qalınçaq kəndində vətəndaşlarla görüş keçirib.
Mövcud
pandemiya qaydalarına uyğun olaraq təşkil olunmuş görüşdə kənd sakinlərinin
problemləri dinlənilib.
Görüşdə kəndin
su təchizatının yaxşılaşdırılması məqsədilə artezian quyusunun qazılması rayon
rəhbərindən xahiş edilmişdir.
Rayon rəhbəri
vətəndaşlara növbəti illərdə Dövlət İnvestisiya Proqramına əlavə edilməsi barədə
Rayon İcra Hakimiyyəti tərəfindən təklif veriləcəyini bildirilib.
İnci
Sfera.az