İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR

İsmayıllıdan olan şəhidin cənnətdəki doğum günü qeyd olundu - FOTOLAR
İsmayıllı rayonunun Talıstan kəndindən olan şəhid Səməd Hüseynzadənin ad günü məzarı yanında qeyd olunub.
 
Sfera.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Öncə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov şəhidin ailəsinə başsağlığı verərək  Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıb.

Çıxış edənlər şəhid Səməd Hüseyzadənin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını söyləyiblər. Talıstan kənd tam orta məktəbinin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi şəhidin evində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edildiyi "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə” və "Ağdamın azad olunmasına görə” medallarını onun ailəsinə təqdim ediblər.

Şəhidin ailə üzvləri şəhid  ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetini bitirdikdən sonra Hərbi Xidmətə yola düşüb. 44 günlük Vətən müharibəsində  iştirak edən Səməd Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə qəhramancasına şəhid olub.

Şəhid Səməd Hüseyzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" , "Ağdamın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Əli Həsənov villasında çalışdırdığı türkiyəli ustaya 1 900 manat pul atıbmış - FOTO

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla bağlı şikayətlər səngimək bilmir.   Sfera.az bildirir ki, bu dəfə türkiyəli vətəndaşla...

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 297 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərarga...

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 857 yeni yoluxma faktı qeydə alınıb, 1 091 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Ope...

Azərbaycanda yarıçılpaq qızlarla özünü reklam edən sanatoriya: +18 görüntülərlə nə əldə edirlər? - FOTOLAR

Azərbaycanda sanatoriya müştəriləri cəlb etmək üçün əxlaq normalarına uyğun gəlməyən yollara əl atıb. Sfera.az oxu.az-a istinadla  bildirir ki, "Qara...

Əziz Səncər Azərbaycana gəlir - FOTO

Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir. Sfera.az xəbər verir ki, dünya şöhrətli alim Bakıda keçiriləcək UNEC İqtisa...

Azad olunan ərazilərdə daha 37 mina aşkarlandı - FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. A...