İsmayıllıdan olan şəhidin ad günü qeyd olundu - FOTO

İsmayıllıdan olan şəhidin ad günü qeyd olundu - FOTO
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İsmayıllı şəhər sakini XTQ-in giziri Musayev Ramil Aydın oğlunun doğum günü məzarı yanında anılıb.
 
Rayon icra hakimiyyətinin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin, Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları, təhsil aldığı məktəbin müəllim və şagird kollektivi, ehtiyatda olan hərbi qulluqçular və yaxınları, mövcud pandemiya qaydaları gözlənilməklə şəhidin məzarını ziyarət ediblər. Şəhidin ailə üzvlərinə başsağlığı verilib, ruhuna dualar oxunub. Təhsil aldığl məktəbin şagirdləri şəhid Ramilə həsr etdikləri şeirləri səsləndiriblər.

 

Yaşasaydı, Ramilin bu gün 30 yaşı olacaqdı. Gizir Ramil Musayev 6 may 1991-ci ildə Ìsmayıllı şəhərində anadan olub. Ailədə 3 uşaqdan ən kiçiyi Ramil olub. Ramil İsmayıllı rayon Natiq Behdiyev adına 6 saylı tam orta məktəbdə təhsil alıb. 18 yaşı tamam olduqda sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdan Ramil fərdi əməklə məşğul olur. Vətənə olan eşqi hər şeyi üstələyərək onu yenidən ordu sıralarına qaytarır. 10 il Azərbaycan Ordusunda xidmət edən Ramil həmin 10 ilin 8 ilini Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Nümunəvi xidmətinə görə bir çox mükafat və sertifikatlara layiq görülüb. 2016-cı ildə baş verən Aprel döyüşlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində vuruşub. Aprel döyüşlərdində göstərdiyi şücaətlərə görə Ramilə kiçik gizir hərbi rütbəsi verilib.


 

Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Erməni ordusunun təxribatı nəticəsində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ilk günlər Kəlbəcər rayonu istiqamətində, sonra isə Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Musayev oktyabrın 4-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...