İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu - FOTOLAR

İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu - FOTOLAR
İsmayıllıda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətindən Sfera.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları ilk olaraq ümummilli liderin abidəsini ziyarət edib, gül dəstələri qoyublar.
 
Hər il Bədən Tərbiyəsi və İdman  günü  İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə tədbir keçirmək mümkün olmayıb. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, II Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra vətən müharibəsi iştirakçısı olmuş idmançıların, məşqçi müəllimlərin, paraolimpiadaçıların iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı da iştirak edib. Rayon rəhbəri İştirakçıları təbrik edib, bölgədə idman sahəsində qazanılan uğurlardan danışıb. İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını qeyd edərək bildirib ki, bu gün Azərbaycan tanınmış idman dövlətlərindən biridir.

Çıxışçılar 44 günlük vətən müharibəsində iştirak edən rayonumuzdan olan  idmançılarımızın şücaətindən danışıb, şəhid olan qəhrəmanlarımızın xatirəsini yad ediblər.

Tədbirdə idmançılar rayonda idman sahəsində olan bəzi çətinliklərin aradan qaldırılması istiqamətində arzu və istəklərini rayon rəhbərliyinə bildiriblər. RİH başçısı bildirib ki, bu sahədə aidiyyəti üzrə işlər görülür, tezliklə bəzi məsələlər öz həllini tapacaq, qaldırılan digər məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib. 

İştirakçılar göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edib, ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirən rayonun rəhbərinə, müxtəlif vəzifələrin tutulmasında gənclərə göstərilən etimad görə təşəkkürlərini bildiriblər.



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...