İşğalın 26-cı ili - Zəngilan erməniləşdirilir

İşğalın 26-cı ili - Zəngilan erməniləşdirilir
Bu gün müasir Azərbaycan tarxinin daha bir hüznlü günüdür. Zəngilan rayonunun işğalından 26 il keçir.

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu gün ermənilərin "Kovsakan" adı verdikləri Zəngilan şəhəri qondarma bir "ərazi vahidi"ndə qəsəbəyə çevrilib. Belə ki, Qarabağdakı separatçı qurumun rəhbərliyi inzibati bölgü adı altında "Kaşataq" adlı qondarma rayon yaradaraq, Zəngilanı onun tərkibinə qatıb.

Zəngilanla paralel olaraq, Qubadlının Xanlıq kəndi (ermənilər "İşxanadzor" adı qoyublar), Mincivan qəsəbəsi və Laçın rayonunun mərkəzi (ermənilər "Berdzor" adı qoyublar) qondarma "Kaşataq rayonu"nun tərkib hissəsi kimi aktiv şəkildə məskunlaşdırılır.

Hazırda Azərbaycanın işğal altındakı bu ərazilərində yaşayan ermənilərin sayı məskunlaşdırma yolu ilə 12 min nəfərə çatıb. Onların əsas hissəsi Laçın rayonunda olsa da, Zəngilan ərazisində yaşayan ermənilərin sayı 800-ü keçib.

Süni məskunlaşdırmanın sonuncu nümunəsi Zəngilana Suriyanın Qamışlı şəhərində yaşayan 5 erməni ailəsinin köçürülməsi ilə bağlıdır. Oktyabrın 5-də həmin ailələr "Tukenkyan” fondunun maliyyəsi heasabına yeni evlərə köçmüşdülər.

Bu ilin iyunun 21-də isə "Tufenkyan” fondu ABŞ-da yaşayan Cudi Saryan-Viktor Zaruqyan cütlüyünün, həmçinin, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Armik Xosrofyanın ayırdığı ianə hesabına yeni futbol stadionu açmışdılar.

Ermənistan hakimiyyətinin Zəngilana xüsusi yanaşmasının təzahürü özünü məskunlaşdırma ilə yanaşı, infrastukturun yaradılmasında da göstərir. Belə ki, 2020-ci ildə Ermənistanın Qafan rayonundan Zəngilandan keçməklə Hadruta qədər yolun çəkilişi başlanacaq. Qarabağı Ermənistana birləşdirəcək bu yol rəsmi Yerevanın məskunlaşdırma və Azərbaycan ərazilərini ilhaq etmə niyyətlərinin davamı kimi görülməlidir.


OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...