“İrəvan manevr etməklə vaxt udmağa çalışır...” – Politoloqdan açıqlama

“İrəvan manevr etməklə vaxt udmağa çalışır...” – Politoloqdan açıqlama

"Mərhələli həll planının guya ortada olmadığını bəyan etməklə, İrəvan sadəcə danışıqlar prosesində vaxt udmaq üçün manevr edir”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan, ATƏT-in Minsk qrupu həmsədrləri, o cümlədən bu yaxınlarda Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ üzrə danışıqlarda mərhələli həll planının gündəmdə olmasını deməsi fonunda, rəsmi İrəvanın bunu təkzib etməsinə münasibət bildirərkən"Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı deyib:

 

"İrəvan münaqişənin ilk günlərindən etibarən belə sərsəm mövqe sərgiləyir: "Münaqişənin ilk günlərindən etibarən Ermənistan mütəmadi olaraq prosesdə müəyyən manevrlər edib.1991-ci ildən başlayaraq Ermənistan hər hansı bir məqamla bağlı əvvəl razılığını bildirsə də, sonra fərqli davranıb. Onlar danışıqlar prosesini beləcə uzatmaq və mənasızlaşdırmaq üçün müxtəlif fərqli gedişlərdə dəfələrlə bulunublar. Onlar gah bir prinsipi qəbul edir, lakin sonra onu təkzib edir, gah da qəbul olunan prinsipləri hamının qəbul etdiyi şəkildə deyil, başqa formada təsvir etməyə çalışıblar”.


Politoloq qeyd etdi ki, düşmənin belə qeyri-adekvat addımları manevr etmək cəhdlərinə hesablanıb: "İşğalçı ölkə prosesi bacardığı qədər uzatmağa çalışırlar ki, torpaqları qaytarmasınlar. Bir sözlə, belə qeyri-adekvat addımları ilə İrəvan manevr etməklə vaxt udmağa çalışır. Belədə, guya Azərbaycanın işğalla razılaşacağı hansısa qeyri-müəyyən məqama ümid edir. Bu mümkün deyil, Azərbaycan heç zaman işğalla barışmayacaq. Əsas məsələ beynəlxalq qurumların Ermənistanın belə yanaşmasına doğru qiymət verib-verməyəcəkləri məsələsidir”.

 

 

Politoloqun fikrincə, Minsk qrupunun həmsədrləri Ermənistanın belə qeyri-adekvat yanaşmasına münasibət bildirməlidir: "Ermənistanın məsələyə bu günki yanaşması fonunda ATƏT-in Minsk qupu həmsədr ölkələrinin münasibət bildirmələri zəruridir. Çünki, vasitəçilər müəyyən məqamda həm də prinsipiallıq nümayiş etdirməli, beynəlxalq hüququn dəyərlərinə uyğun davrananla, davranmayan arasında müəyyən fərq qoymalıdırlar. Ən azından onlar yumşaq şəkildə olsa da, Ermənistanın beynəlxalq hüquqa zidd mövqeyinin adını çəkməli, buna münasibət bildirməlidirlər”.


Elçin


OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...