No Image
No Image

İraq parlamentinin nümayəndələri MM-də

İraq parlamentinin nümayəndələri MM-də
Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a bildirilib ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirilib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib.

Söhbət zamanı parlamentlərarası münasibətlərə də toxunularaq bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir.

Səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais Azərbaycan tərəfinə müxtəlif məsələlərdə, o cümlədən terrorizmə qarşı, həmçinin kovonavirusla mübarizədə göstərilən köməyə görə təşəkkürünü bildirib.

İraq parlamentinin fəaliyyətindən danışan qonaq diqqətə çatdırıb ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır.

Görüşdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov, İraq parlamentinin İnsan hüquqları komitəsinin sədri Arşed Rəşad Fath Allah əl-Salehi, millət vəkili xanım Nisrin Fadil Raham və başqaları qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, işçi qrupun üzvü Cavanşir Paşazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin müvəqqəti işlər vəkilləri Nəsir Məmmədov, Maki Ressan Əl-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Litva XİN başçısı Bakıya gəlir

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Cənubi Qafqaz ölkələrinə səfərd edəcək. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Na...

Ermənilər general Rüstəm Muradovu günahkar görür - VİDEO

Bəlkə də daşlar və çin olmayan arzular ölkəsinin cəmiyyətinə solğun və kədərli reallıqdan adi paralel aləmə keçmək üçün kömək edəcək yeganə şey – onun başına gə...

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki...

“Hər şey necə olub, elə də deməliyik” - İlham Əliyev

Danışıqlara paralel olaraq, eyni zamanda, hazırlıq işləri gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bu...

Ərdoğan Bakıdakı forumda videomesajla iştirak etdi

Bakıda Dünya Etnospor Konfederasiyasının (DEK) IV Forumu keçirilib. Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Ənənəvi İdmanın Bərpası" adlı konfran...

Azərbaycan və Maldiv XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı olub. Sfera.az-ın m...