İranlı ekspert: Azərbaycanla münasibətlər İran üçün çox vacibdir

İranlı ekspert: Azərbaycanla münasibətlər İran üçün çox vacibdir

İran ətrafında gərginlik artmaqda davam etsə də, İİR istənilən ssenariyə hazır olduğunu nümayiş etdirərək inanılmaz təmkin göstərir. Belə ki, ötən gün İranın İraqdakı səfiri İrac Mascedi ABŞ-ın İrana zərbə vuracağı təqdirdə İran silahlı qüvvələrinin, o cümlədən, İraqın hücumuna məruz qalacağını bildirib:

"Biz sərt cavab verəcəyik və həm İraqdakı, həm də başqa ərazilərdəki ABŞ qüvvələrini bombalayacağıq” ("Anadolu” agentliyinin sitatı).

Sfera.az xəbər verir ki, İranlı analitik Əhməd Nasser Vahşiteh Media.Az-a verdiyi müsahibədə İran və İraqın iki dövlət arasında 30 il əvvəl başa çatan səkkiz illik müharibəyə baxmayaraq, yaxşı münasibətlər yaratdığını açıqlayıb:

 

"İran İraqın və bütövlükdə bölgənin təhlükəsizliyini təmin edir. Biz təhdidin məhz ABŞ olduğuna inanırıq. Amma mən əminəm ki, Vaşinqtonda İran üçün hər hansı problem olacağı təqdirdə bunun bütün bölgənin probleminə çevriləcəyini bilirlər”.

Müsahibimiz İranın hər zaman Yaxın Şərqdə sülh olmasını istədiyini vurğulayıb:

"Rusiya, Suriya və İraqın da istədiyi budur. Səudiyyə Ərəbistanının isə xüsusi mövqeyi var: nə müharibə istəyirlər, nə də sülh”.

Əhməd Vahşitehin sözlərinə görə, ABŞ İrana hücum edərsə, ağır cavab alacaq:

"İranın ölkə xaricində əməkdaşlıqları var. Onlar Livanda, İraqdadır və reaksiya verəcək. Əlbəttə, hər kəs bölgədə sabitliyi qorumaq istəyir. Heç kim müharibə istəmir”.

- Bəs hər hansı gərginlik olarsa, bu, İranın şimal qonşularına, o cümlədən, Azərbaycana necə təsir edəcək?

- İran Prezidenti Həsən Ruhani qonşuların İran üçün çox vacib olduğunu, əsas vəzifəsinin isə qonşuluq münasibətlərini yaxşılaşdırmaq və qorumaq olduğunu söyləyib. İranın yalnız Səudiyyə Ərəbistanı və İsraillə problemləri var, amma vurğulayıram ki, gərginliyi yaradan Tehran deyil.

İran üçün Azərbaycanla münasibətlər isə çox vacibdir. Tehran təhlükəsizlik, sülh və iqtisadi əlaqələr istəyir. Buna da yalnız qonşularla nail olmaq olar.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...