No Image
No Image

İrandan yayımlanan teleradio dalğaları niyə Azərbaycan ərazisinə keçir? - MTRŞ-dan AÇIQLAMA

İrandan yayımlanan teleradio dalğaları niyə Azərbaycan ərazisinə keçir? - MTRŞ-dan AÇIQLAMA
Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio yayımlarının yaratdığı interferensiyaların səviyyələri ölçülüb.

Sfera.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2020-ci il üzrə hesabatında bildirilib.

Aparılan monitorinqin nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunub, fərqlər üzə çıxarılmış və nöqsanların aradan qaldırılması üçün əməli təkliflər verilib.

Monitorinqin nəticələri göstərib ki, ölçmə aparılmış ərazilərdə ölkəmizin televiziya proqramlarının yayımı normaldır, ölçülmüş sahə gərginlikləri minimal həddən aşağı deyildir. Bununla yanaşı, ölkəmizin ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramlarının geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, İran İslam Respublikasının ərazisindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur.

Müşahidə olunub ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub. Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq, ölkəmizin ərazisində tətbiq olunmuş karantin və sərt karantin rejimləri səbəbindən genişmiqyaslı monitorinqlərin aparılması mümkün olmayıb.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yeni şərtləri qəbul etməyənlərin hesabları deaktiv ediləcək - "WhatsApp"dan daha bir qalmaqallı QƏRAR

WhatsApp istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir.    Bəs 15 May tarixinə qədər bu şərtləri qəbul etməyənləri nə gözləyir? Sfera.az...

Danimarka süni adaya 28 milyard avro xərclədi – Enerji istehsal edəcək

Danimarka Krallığı tarixində 28 milyard avroya başa gələn ən böyük layihə tezliklə start götürəcək. Şimal dənizindəki süni adada istehsal olunan enerji Almani...

Fərid Pərdəşünas Prezident mükafatı aldı

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.   Sfera.az xəbə...

Yeni “Bayraqdar”lar sınaq uçuşlarına başlayır

Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi "Bayraqdar TB...

Azərbaycanda bu kanalların efiri dayandırıldı - SİYAHI

Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində tə...

İrandan yayımlanan teleradio dalğaları niyə Azərbaycan ərazisinə keçir? - MTRŞ-dan AÇIQLAMA

Bakı şəhəri, Abşeron yarımadası və Mingəçevir şəhəri ərazisində ümumölkə televiziya və radio proqramlarının monitorinqi aparılmış və xarici televiziya və radio ...