İranda daha bir siyasətçi koronavirusdan öldü

İranda daha bir siyasətçi koronavirusdan öldü

İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

"Report" IRNA-ya istinadən xəbər verir ki, 72 yaşlı siyasətçi ötən gün Tehranda müalicə aldığı Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.

M.Mirməhəmmədi İran parlamentinin altıncı və yeddinci çağırışlarında Qum şəhərinin deputatı olub, 2018-ci ildə isə İran Məsləhət Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi da koronavirusdan ölüb.

Xatırladaq ki, İranda rəsmi məlumata görə koronavirusdan ölənlərin sayı 54 nəfərə çatıb. İnfeksiya daşıyıcılarının sayı isə 987 nəfərdir.

Ölkənin səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və 5 deputat, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də koronavirusa yoluxub.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...