İran XİN Britaniya səfirinə etiraz notası verdi

İran XİN Britaniya səfirinə etiraz notası verdi
Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makair İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona etiraz notası verilib.

Sfera.az-ın məlumatına görə, bunu İranın XİN-in mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, ötən gün prezident seçkilərində London və Birminqhem şəhərlərində iranlı seçicilərə qarşı əks-inqilabçılar tərəfindən müxtəlif təzyiqlər olunub.

Qeyd edək ki, İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib. Seçkilər ölkədən kənarda 133 nümayəndəlikdə 234 seçki məntəqəsində təşkil olunub.

İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...