İran 211 miyon dolları Azərbaycan vasitəsilə Ermənistana necə ötürüb? – Təxribatın ilginc sxemi

İran 211 miyon dolları Azərbaycan vasitəsilə Ermənistana necə ötürüb? – Təxribatın ilginc sxemi
"Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyalardan daha az zərərlə çıxmaq üçün istifadə etdiyi platformanı itirdi. İşğal dövründə Tehran Qarabağda "çirkli pulların yuyulması” mexanizmini qurmuşdu”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və "təmizlənirdi”:

"Dünya Bankının 2019-cu il hesabatında bununla bağlı konkret faktlar əksini tapıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 2011 milyon dollar pul köçürülüb. Erməni müxalifəti 44 günlük müharibədən sonra "Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından "türklərə satılıb” ittihamı ilə Paşinyana qarşı arqument kimi istifadə edirdi. Hərçənd Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pul idi.

Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır”.  
 
A.Nərimanlının sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları "yuduğunu” və "Hizbullah”ı maliyyələşdirdiyini açıqlamışdı:

"Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün "min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də "bəlkə bu mexanizmi xilas” etmək ümididir”.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Yaxın zamanlarda gözlənilmir...” – Zərdüşt Əlizadə sülh müqaviləsinin ləngiyəcəyini düşünür

Artıq bir müddətdir ki, Ermənistanda Rusiya əleyhinə etiraz aksiyaları başlayıb. Ermənilər Putini təhqir edir, rusofob şüarlar səsləndirirlər, yerli polis isə...

Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib. Sfera.az  x...

İran Təhlükəsizlik Şurasının katibi Azərbaycandan niyə “inciyib”? - Açıqlama

"Prezident İlham Əliyevin İranın işğal dövründə Qarabağdan narkotrafik marşrutu kimi istifadə etdiyi haqda fikirlərindən sonra Tehran yenə inciyib”.   ...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Sfera.az xəbər veri...

Putinin “pis sülh” açıqlamasına reaksiya: “Bu, Azərbaycan üçün məqbul sayıla bilməz”

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyininin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasındakı çıxışında Qarab...

Azərbaycanla Ermənistan arasında sülh sənədi hazırlanır – Prosesdə hansı dövlətlər var?

"Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu...