Pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırıldı

Pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırıldı

Azərbaycanda artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

İ.İsayev deyib ki, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə görə, pensiya almaq üçün 12 illik staj məhdudiyyəti aradan qaldırılır. Fərdi hesabdakı kapitalın 144-ə bölünməsindən alınan məbləğ minimum pensiya məbləğinə bərabər və ondan yuxarı olduqda şəxs stajından asılı olmayaraq, pensiya təyinatı hüququ qazanır.

O qeyd edib ki, 25 il sosial stajı olan şəxs sığorta haqqının məbləğindən asılı olmayaraq, ən azından, minimum məbləğdə pensiya almaq hüququ qazanır.

Nazir müavinin sözlərinə görə, hazırda mövcud olan əmək pensiyalarının baza hissəsi sığorta hissəsinə birləşdirilir və bütün pensiya məbləği fərdi hesablarda toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilir. Bunun üçün ödənilən sığorta haqlarının fərdi hesablara yönəldilən hissəsi mövcud 50 faizdən 85 faizə qaldırılır. Bu dəyişikliklərə görə, ayrı-ayrı şəxslərin fərdi hesablarda toplanmış və hələ pensiya təyinatından istifadə olunmamış şərti kapital məbləği yenidən eyni qaydada hesablanacaq.

 

İ.İsayevin sözlərinə görə, hazırda indeksləşdirmə yalnız pensiyanın sığorta hissəsinə aid edilirdi: "Lakin artıq illik indeksləşdirmə bütün pensiya məbləğinə şamil olunacaq. Yəni yeni layihəyə əsasən, pensiya artımı istehlak qiymətləri indeksinə görə deyil, əməkhaqqının illik artım tempi əsasında aparılacaq".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər bu gün Milli Məclisin plenar iclasında qəbul olunub.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...