"Milyonlarla manat vəsait vətəndaşların üzərinə yüklənir" - Zahid Oruc

"Milyonlarla manat vəsait vətəndaşların üzərinə yüklənir" - Zahid Oruc

"İcra işlərində kütləvi problem təminatsız kreditlər məsələsidir. Kimsə məsələni sosial-iqtisadi durum, mental dəyərlər, istehlakçı davranışları,  ictimai dəbin və digər faktorların üzərində axtara bilər. Lakin nəticə dəyişmir-borculunun sabit gəliri, tutuma yönəldilə biləcək əmlakı olmayanda işlərin icrası mümkünsüz olur, borclular barəsində məsuliyyət tədbirlərinin icrasına da yol verilmir. Belə işlərin çəkisinin artması isə icra göstəricilərinə mənfi təsir göstərir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, dövlət orqanları banklarla geniş müzakirələr apara bilərlər ki, nə üçün belə yüksək faizlərlə və qaytarılması öncədən mümkünsüz görünən milyonlarla manat vəsaitinin vətəndaşların üzərinə yüklənməsinə gedirlər:

 

"Bəlli olduğu kimi, devalvasiya nəticəsində məbləği 1 milyard manatdan yuxarı olan problemli kreditlərin qaytarılması üçün cənab prezident tərəfindən müvafiq tədbirlər görüldü, külli miqdarda vəsaitlər borcların qapadılmasına yönəldildi və indiki 400 milyon manatlıq səviyyəyə endirilməsinə gətirib çıxardı. Lakin iqtisadi-sahibkarlıq mühitimiz üçün sözügedən rəqəmin özü də ağır problemdir. Təəssüflər olsun ki, təminatlı kreditlərdə də icra olunmayan işlərin sayı 100 mindən çoxdur. İşlərin kəskin artımı icra məmurlarının iş yükünü kritik həddə çatdırır".

 

Millət vəkili Qazaxıstan nümunəsinin uğursuz olduğunu ifadə edib:

 

"Bir icra məmuruna düşən işilərin sayı il ərzində 3000-ə yaxın olur. Lakin rəqəmlərin orta göstəricisi dəqiq mənzərə deyil, çünki ayrı-ayrı icra orqanlarında həllini gözləyən qərarların sayı qat-qat çoxdur.  İcra olunmayan qərarların mühüm bir hissəsini inzibati məsələlər təşkil edir. Əgər dövlət orqanlarının hərəkət və hərəkətsizliyi məhkəmə sistemini, nəticədə icra institutunun yükünü hədsiz artırırsa, onda birinci növbədə, problem kökündə-bazisində həll edilməlidir. Özəl icra təsisatını qurmaq da dövlətin səlahiyyətlərinin çox asanlıqla digər qurumlara verilməsindən çox onun effektiv olacağına və iqtisadi əsaslandırılmasına ehtiyacı göstərir".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Yaxınları Rusiyada öldürülən azərbaycanlı: "Orada başqaları da..."

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılan azərbaycanlılar sabah məhkəmə qarşısına çıxarılacaq.   Sfera.a...

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...